Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Mənim boynumda (iki milyon dinar) qədər xüms var və mənim indi xümsü verməyə pulum yoxdur sual: 1- Xümsü verməyi gecikdirmək caizdir? 2-Məbləğ bitənə qədər ödəyəcəyim müəyyən məbləği hər dəfə ödəyə bildiyim zaman hissə-hissə ödəmək olarmı?
Cavab: Allahın adı ilə, Ödəməkdə və vəfa etməkdə hətta hissə-hissə olsa belə tələsmək vacibdir. Allah hidayət edən və biləndir.
Sual: 1- Köçürmə yolu ilə hesaba qoyulan pul daxil olmuş hesab olunur və xümsün hesabına daxil olur, yoxsa alınmamış hesab olunur, ona görə də götürüləndən sonra hesaba alınır və qalır? 2- Vəziyyət məsələn, əmək haqqı və ya işə görə əmək haqqı ilə mükafatlar və vətəndaşın hesabı kimi digərləri arasında fərq yaradırmı?
Cavab: Allahın adı ilə, Əgər göndərməkdə vasitəçi olan şəxs haqq sahibi tərəfindən göstəriş alıbsa və onun yanında əmin sayılırsa haqqın vasitəçinin əlinə çatması ilə vasitəçinin qəbzi xümsün vacib üçün kifayət edər və əgər belə olmasa necəki hökumətlər və başqaları hökümət bankları və başqa yollarla haqq sahibi haqqını almaq üçün təhvil edir bu halda xüms vacib olmur yalnız bank və bunun kimi yerlərdən haqqını aldıqdan sonra vacib olur. Allah alimdir.
Sual: Bir neçə nəfərdən avans (beh) alıramsa, məsələn, 10 Sual: 1- Əgər xüms günü çatıbsa və mükəlləf qisdin beşdə dördün məsələn (100) min verə və avansı almayıbsa (100) minə xüms vacib olacaq? 2- Əgər avansı ala və (100) minini ödəyə (100) mininə xüms gələcək yoxsa avansın bütün miqdarına gələcək? 3- Əgər avansı ala və heç bir miqdarını ödəməyə və xüms günü yetişsə avansa xüms vacib olar?
Cavab: Allahın adı ilə, Bütün o şeylərki alırsan və əlinin altındadırsa və fərz olunan sualda o sənin mülkündür, Əgər xüms günü yetişsə əlində olan hər bir şeyin əgər əvvəllər xümsünü verməyibsənsə xümsünü vermək sənə vacibdir. Allah daha yaxşı biləndir
Sual: Ölmüş şəxsin xümsünü ailə necə hesablayacaq, və bunuda qeyd edimki, onlar xümsün miqdarını və hesablama yolunu dəqiq bilmirlər?
Cavab: Allahın adı ilə, Onlar xümsü verilmədiyi bilinən hər bir malın xümsünü çıxartmalıdırlar. Allah daha yaxşı biləndir.
Sual: Əgər bir insan ölümünə yaxın xümsünü verdikdən sonra ölsə, onun arvadı və övladları xümsü necə verəcək?
Cavab: Allahın adı ilə, Əgər öhdəsində olan xümsün hamısını veribsə vərəsələrinə yenidən xümsü vermək vacib deyil, bəli əgər xümsü verdikdən sonra birbaşa ölməyibsə yəni bir neçə ay yaşayıbsa və bu vaxtlarda gəliri olubsa vərəsələrinə bu yeni gəlirin xümsünü vermələri vacibdir. Allah hidayət edən və biləndir
Sual: Mənim bir miqdar pulum varidi onu bankda ondan heç bir şey götürməmək şərti ilə müəyyən vaxta qədər saxladım. Və bankda müəyyən bir miqdarda hər ay və ya hər üç aydan sonra və yaxud altı aydan sonra pul verir. Həmən müddət başa çatmamışdan öncə onu götürə bilmirəm mənə banka qoyduğum pulun xümsunu vermək vacibdir?
Cavab: Allahın adı ilə, Pul həqiqətdə sənin ixtiyarına keçənə qədər xümsunu vermək sənə vacib deyil. Və məlumdurki bankdan gələn fayda bizim tərəfindən öz yerində geniş şəkildə qeyd etdiyimiz mübah yolu ilə olmasa haramdır. Allah daha yaxşı biləndir.
Sual: Hüquqi şəridən xümsdən borc verməyin hökmü nədir?
Cavab: Allahın adı ilə, Hakimi şərinin izni olmadan caiz deyil. Allah alimdir.
Sual: Təqaüd maaşı: O, müəyyən bir puldur, onu şirkət və ya müəssisə- istər şəxsi və ya dövlətin olsun- verir, vəzifədə işləyən şəxsin işlədiyi dövrdə təqaüdə çıxmamışdan öncə aylığından məsələn (10) kəsdiyi puldur, şirkətin aylıqdan kəsməsi iki cürdür: Birincisi şirkət və ya müəssisə aylığından nisbətən kəsdiyi pulla ticarət edir və həmən pulun özünü və qazancını vəzifədə işləyən şəxsə saxlayır. İkincisi şirkət və ya müəssisə aylığından nisbətən kəsdiyi pulu ticarət etmədən həmən pulun özünü fəqət vəzifədə işləyən şəxsə saxlayır. Bu qeydlərə əsasən mənim üç sualım var onlar bundan ibarətdir: 1- Bu təqaüd maaşını hesaba yükləməklə hətta onu təhvil almasada ona xüms vacib olur? Yoxsa onu təhvil almasa ona xüms vacib olmur? 2- Onun hesaba yüklənməsi ilə xüms vacib olur yoxsa onu təhvil alan kimi və ya mükəlləf xüms gününün çatmasını gözləməlidir? 3- Xüms günü olmayan şəxslərə aylıq hesaba yüklənən kimi vacib olur yoxsa təhvil alanda və yaxud hesaba yüklənən vaxtından bir il keçməsini gözləyəcək?
Cavab: Cavab-1/ Allahın adı ilə, Əgər aylıq pulun qoyulan bank vəzifədə işləyən şəxs tərəfindən vəkilidirsə pul banka yüklənən kimi xüms vacib olur. Amma əgər bank bu aylıq pulu öhdəlik götürən tərəfdən vəkildirsə aylığı təhvil almadan xüms vacib olmur. Allah alimdir. Cavab-2/ Allahın adı ilə, Xüms günü çatmamışdan öncə xümsü vermək caizdir, Xüms günündən sonraya saxlamaq caiz deyil. Allah alimdir. Cavab-3/ Allahın adı ilə, Yuxarıdakılardan cavab məlum oldu. Allah hidayət edəndir.
Sual: Burada bəzi qurumlar var ki, qanuna uyğun olaraq kim orada işləsə ona işinin ilk vaxtlarında (3) ay maaşını əvvəlcədən ödəyəcək, baxmayaraq ki hələ orada işləməyib, Sual: Əgər bir aydan sonra məsələn xüms günü yetişərsə və həmən pul olduğu kimi qalsa bütün pulun xümsünü çıxartmalıdır, yoxsa yalnız işlədiyi birinci ayın pulunun xümsünü çıxartmalıdır? Və əgər iş sahiblərini məcbur edən qanun olmadan onların özləri işin əvvəlində bir neçə ayın aylığını, maaşını versələr hökm eynidir?
Cavab: Allahın adı ilə, Bil ey övladım, işçi müqavilə bağlamaqla ücrətə malik olur, və öhdəsində olan işi yerinə yetirmək məcburiyyətində qalır, və işçinin fərz olunan sualda aldığı pul onun mülkü sayılır bütün pulunun xümsünü verməsi vacibdir. Eləcədə xüms günü yetişdiyi vaxt istər maaş və ya başqa şeylərdən olsun əlində olduğu bütün mülkiyyətinin xümsünü verməlidir. Allah daha yaxşı biləndir.
Sual: Məndə olan mülk, bir neçə il bundan öncə rəhmətə getmiş atamdan irs olaraq qalıb, bunuda qeyd edimki Onun xümsə inancı yox idi, bu irsdə xüms vacibdir?
Cavab: Allahın adı ilə, Bəli onda xüms vardır. Allah daha yaxşı biləndir.
Əvvəl
1
2
3
Sonra