Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Əgər dövlətə su və işığa görə borcum olduğu halda xüms günüm gəlib yetişdiyində bu borclar mənim üçün xüms dan hesablanıb sayılacaq ya bunları hesablamadan xümsü çıxartmalıyam?
Cavab: Allahın adı ilə, Verilən sual da zikr olunan hal borc hesab olunacaq və xüms günündən öncə bu borc verilərsə verilən miqdara xüms gəlməyəcək. Əgər xüms gününə qədər ödənməsə xüms günü özünün və ailənin ehtiyacları hesablandıqdan sonra əlində artıq qalanına xüms gələcəkdir.
Sual: Mən kirayə evdə yaşayıram. Ev almaq üçün isə pul yığıram. Bu pulların xümsünü vermək vacibdir?
Cavab: Allahın adı ilə, Verilən sual da xümsünü çıxartmaq vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Mən öz maaşımla yaşayıram. Başqa gəlir yerim yoxdur. Özüm üçün həccə getmək üçün bir qutu və digər ehtiyaclarımı ödəmək üçün başqa bir qutu yaratmışam. Onların xümsünü vermək vacibdirmi?
Cavab: Allahın adı ilə, Qutulara yığdığın pulların xümsünü digər şərtlər mövcud olsa vermək vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Bankda əmanət halında olan üzərindən 1 il keçən pulun xümsünü çıxartmaq vacibdirmi?
Cavab: Allahın adı ilə, Əgər həmin pulu bankdan götürə bilirsənsə xümsünü çıxartmaq vacibdir. Əgər o, pul bankın istifadəsindədirsə, həmin pul sənə qayıtdığı zaman xümsünü çıxardacaqsan. Allah daha yaxşı biləndir.
Sual: Atamın mənə toyum üçün verdiyi qızılların xümsünü çıxartmağım vacibdir?
Cavab: Allahın adı ilə, Əgər sənin illik xüms günün evlilikdən öncə var idisə,və sənə verilən qızılları xüms günündən öncə istifadə etmisənsə onlara xüms gəlməyəcəkdir. Yox əgər illik xüms günün ola ola sən həmin qızılları istifadə etməmisənsə bu zaman onların xümsünü alındığı qiymətlə hesablayıb çıxardacaqsan. Həmçinin xüms günü özün üçün təyin etməmisənsə bu halda da, həmin qızılların xümsünü çıxartmağın vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Dostuma borc vermişəm. İndiyə kimi qaytarmayıb. 1 həftə sonra 1 il tamam olur. O, məbləğin xümsü varmı? İllik xüms günündən sonra borcu qaytararsa, o, məbləğin xümsünü çıxartmalıyammı?
Cavab: Allahın adı ilə, Əgər məbləğ sənin əlinə yetişməyibsə onun xümsünü vermək sənə vacib deyil. Əgər illik gününə qədər sənə yetişərsə, o, məbləğdən həmin gün əlində nə qalsa onun xümsünü çıxartmaq sənə vacibdir. Allah daha yaxşısını bilir.
Sual: Əgər xümsü müctəhidə və vəkilinə çatdırmamışdan öncə itsə və ya oğurlansa bu halda mən o, məbləğə görə zaminəm?
Cavab: Allahın adı ilə, Əgər çatdırılma şəri hakimin izni ilədirsə, və sənin xümsün itib və oğurlanmasında bir təqsirin yoxdursa, zamin deyilsən. Yox əgər çatdırılma şəri hakimin icazəsi olmadan həyata keçərkən itib və oğurlansa zaminsən. Allah daha yaxşı biləndir.
Sual: Dövlət bankından verilən hissə sənədlərinə illik xüms günü xüms gələrmi?
Cavab: Allahın adı ilə, Əgər xümsün bütün şərtləri mövcuddursa, xümsünü vermək vacibdir.
Sual: 20 milyon dinar pul borc götürüb işləmək üçün özümə maşın almışam. 1 il ərzində borcumdan 5 milyon ödəmişəm. Verdiyim 5 milyonun 1 milyonu keçən il xümsünü çıxardığım 1 milyon dinar idi. Gələn yeni xüms ili üçün maşının qiyməti 24 milyona qalxmışdır. Ümumiyyətlə mən xümsü necə verməliyəm?
Cavab: Allahın adı ilə, Əgər maşını almamışdan öncə illik xüms günü təyin etmişdinsə bu halda maşına xüms gəlməyəcək. Yalnız maşından gələn xeyrin xümsünü çıxardacaqsan. Əgər illik xüms günün yox idisə, həmçinin maşının da xümsünü hesablayıb çıxardacaqsan. Maşının qiymətinin qalxmasına görə xümsü o, qiymətlə hesablamaq vacib deyil. Allah daha yaxşı biləndir.
Sual: Mən öz həyat yoldaşıma cib xərcliyi vermişəm. O, isə verdiyim pullardan qalanını saxlamışdır. O, pulun xümsünü çıxartmalıyammı?
Cavab: Allahın adı ilə, Əgər verdiyin məbləği həyat yoldaşının mülkiyyəti qərar vermisənsə xümsü çıxartmaq ona vacibdir. Yox əgər mülkiyyəti qərar verməmisənsə bu halda xümsünü çıxartmaq sənə vacibdir. Allah daha yaxşısını biləndir.
Əvvəl
1
2
3
Sonra