Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Əgər bir şəxs öz malından illik xüms günündən öncə borc verərsə və həmin borcdan imtina edərsə, bu halda verdiyi məbləğin xümsünü çıxarmalıdır?
Cavab: Allahın adı ilə, Xümsünü çıxartmaq vacib deyil. Allah daha yaxşı biləndir.
Sual: Bu düzgündür ki, Peyğəmbər (s)-in vaxtın da qazancın xümsü yox idi? Yalnız müharibə qənimətlərinin xümsü var idi?
Cavab: Allahın adı ilə, Ayədə gələn qənimət kəlməsinin mənası bütün maddi faydaları özündə cəm edir. İstər həmin fayda müharibədən olsun istər olmasın. Allah daha yaxşı biləndir.
Sual: Mənim əvvəlcədən xümsü ödənilmiş dprd milyon dinar pulum var idi və onu ehtiyaclarım üçün tamamilə xərclədim. İllik xüms günümdən əvvəl isə maaş və ya digər yollarla 6 milyon dinar əldə etmişəm. Bu halda, həmin altı milyonun dörd milyonunu xümsü ödənilmiş pul kimi hesablayıb, yalnız qalan iki milyonun xümsünü ödəməliyəm?
Cavab: Allahın adı ilə. Dörd milyondan artığının xümsünü çıxardacaqsan. Allah daha yaxşı biləndir.
Sual: Əgər mənim xümsü ödənmiş beş milyon dinar pulum varsa və onun bir milyon dinarını evin zəruri ehtiyaclarına sərf etsəm, nəticədə dörd milyon dinar qalsa, illik xüms günümə az qalmış maaş alaramsa və ya başqa bir mənbədən pul əldə etsəm, həmin məbləği dörd milyon dinarın üzərinə əlavə edərək yenidən beş milyon dinar kimi toplamaq düzgündürmü?
Cavab: Allahın adı ilə. Beş milyon dinardan artıq olan miqdarın xümsünü çıxartmağın vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Çətin günlər üçün pul tədarük etmək caizdir?
Cavab: Allahın adı ilə. Şəri hüququ yerinə yetirdikdən sonra caizdir. Allah daha yaxşı biləndir.
Sual: Şəxsi ev almaq məqsədilə illər boyunca pul yığmalıdır. Bəs toplanmış həmin məbləğə xüms vacib olurmu?
Cavab: Allahın adı ilə. Hər il yığılan pulun xümsünü verməlidir. Həmin məbləğin xümsünü 2 dəfə çıxartmaq lazım deyil. Allah daha yaxşı biləndir.
Sual: Bir şəxs evlənmək, ev əşyaları almaq və toy etmək üçün pul yığıb banka qoymuşdur. İllik xüms günü gəldikdə, bu puldan xüms çıxarılmalıdırmı, yoxsa bu məbləğə xüms düşmür?
Cavab: Allahın adı ilə. Həmin əmanətin xümsü ödənilməyibsə və bankdan geri götürmək mümkündürsə, xüms ödənməlidir. Əgər əmanət banka borc olaraq verilmişdirsə, xüms ödəmək vacib deyil. Lakin bankdan geri alınarkən həmin əmanətin xümsü ödənməlidir. Allah daha yaxşısını bilir.
Əvvəl
1
2
3
Sonra