Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Bəziləri belə deyir, Şiələr İmam Cəfər Sadiq (ə)-dan nəql edirki, İmam buyurdu: (bu işin sahibi o, kişidirki onun adını yalnız kafir çəkər). Ənvar ən-Nomaniyyə. C 2 S 55. Və yenə Şiələr, İmam Həsən Əsgəri (ə)-dan nəql edirlər İmam (ə) İmam Mehdi (ə f)-ın anasına buyurdu. (Yaxın zamanda Sən oğlan uşağına hamilə qalacaqsan və onun adı Muhəmməddir (ə f) və məndən sonra Qaim odur). Ənvar ən-Nomaniyyə. C 2. S 55. Bu ziddiyyət təşkil etmir? Birdəfə deyirsiz, kim onu adı ilə çağırsa kafirdir. Və birdəfədə deyirsiz, İmam Həsən Əsgəri (ə) onu Muhəmməd (ə f) adlandırıb?
Cavab: Allahın adı ilə. Burada ziddiyyətdən bir əlamət yoxdur. Qeyd etdiyiniz rəvayət (hədis) viladətindən sonra və böyük ğeybət dövründə mübarək adını çəkməyi qadağan edir. Onu rəvayət barədə düşünən şəxs başa düşər. Hidayət edən Allahdır.
Sual: Məsumlara (imam və peyğəmbərlərə) (Allahın salamı onların üzərinə olsun) Cəllə cəlaluh sifəti vermək caizdir?
Cavab: Allahın adı ilə. Caiz deyil, çünki islam ürfündə Cəllə cəlaluh sifəti şəriki olmayan təkcə Allahın (c c) sifətlərindəndir. Hidayət edən və hər şeyi bilən Allahdır.
Sual: İmam Əli (ə)-ın dediyi bu sözün (Mən Muhəmməd (s)-in qullarından biriyəm) mənası nədir?
Cavab: Allahın adı ilə, Mənası budur ki, mənə də Peyğəmbər (s)-ə itaət etmək vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Alimlərdən birinin cənnət və cəhənnəm Əli ibn Əbu Talib (ə)-ın nəzarətindədir dediyi sözə rəyiniz nədir?
Cavab: Allahın adı ilə, Nəzarətdən məqsəd, cənnətlə cəhənnəmi bölməsidirsə, bu barədə əlimizdə nəss vardır. Necə ki, o, qiyamət günündə şəfaət sahibi, qiyamət günündə Həmd bayrağdarıdır. Allah daha yaxşı biləndir.
Sual: Əl-Bağdadi deyir: ”Səqifədə baş verənlər mücərrəd məsləhətləşmə idi. Beyət isə Peyğəmbər (s)-in məscidində baş verdi. ”Bunu silah qüvvəsi və təhdid olmadan etdilər?
Cavab: Allahın adı ilə, Əgər məsciddə beyət hadisəsi sözü doğrudursa, bu səqifədə baş verən razılığa görə idi? Bu razılığ səqifədə baş verdi. Razılığ deyilən də xəlifənin kimliyi və onu seçmək nəzərdə tutulur. Allah hidayət edəndir.
Sual: İmam Əli (ə) cənnətlə cəhənnəmi böləndir hədisinə işğal gətirirlər. Bu hədisi İmam Əli (ə)-ın vilayətini qəbul etmək cənnətə, İmam Əli (ə)-ın vilayətini inkar etmək isə cəhənnəmə daxil olmaq kimi şərh edirlər. Lakin biz bu cür deyirik. Peyğəmbər (s)-in buyurduqlarına əməl etmək cənnətə daxil olmağa, əməl etməmək isə cəhənnəmə daxil olmaq mənasındadır. İmam Əli (ə)-ın vilayəti və digəri barədə nə fərq vardır. Sizin bu barədə rəyiniz nədir?
Cavab: Allahın adı ilə, İmam Əli (ə)-ın vilayətinə etiqad etmək Peyğəmbər (s)-ın peyğəmbərliyinə və aləmlərin rəbbi olan Allaha etiqadın davamıdır. Bu mənadır ki, şiə ona etiqad edir. Əgər bilmirdinsə artıq buna iman etməlisən. Allah hidayət edəndir.
Sual: Bəziləri İmam Əli (ə)-ın bəzi şəxsləri ğulat əhli olduqları üçün atəşə atmaqla yandırması barədə hədislər rəvayət edirlər. İbn Abbasa bu barədə xəbər verilərkən, İmamın bu işdə səhv etdiyini və Peyğəmbər (s)-dən eşitdiyi məzmunca bu hədisi “Allahdan başqa heç kim atəşlə əzab verə bilməz “söyləyir. İmam Əli (ə) həqiqətən atəşə atması hadisəsi doğrudurmu? İmam bu işdə, səhv edibmi?
Cavab: Allahın adı ilə, Yandırılma hədisləri bizim hədis kitablarında mövcuddur. Yandırmaq isə Allaha məxsusdur, qiyamət günündə məlaikələr Allahın əmri ilə bu işi icra edərlər. İmam Əli (ə) isə Allahın hökmünü icra etmişdir. Bizdə hədislər vardır ki, ləvat əhlini yandırmışdır. Bu iş səhv iş deyildir. Əksinə bu işi səhv sayanlar özləri səhv edirlər. Başqa kitablarda həmçinin İbn Qudamənin Muğni kitabının 10-cu cildinin 161-ci səhifəsində və Şərhul Kəbir kitabının 10-cu cildinin 176-ci səhifəsində Qurtubinin təfsir kitabının 7-ci cild 244-cü səhifəsində bu hədislər zikr olunmuşdur. Allah hidayət edəndir.
Əvvəl
1
2
3
Sonra