Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Kiçik qeybətin böyük qeybətdən əvvəl olması barədə bir mətn varmı?
Cavab: Allahın adı ilə, Rəvayətlərdə gəlib ki, İmamın (ə.f) iki qeybət dövrü vardır. Sonra, vicdan buna şəhadət verir, və bu, dəlildən də üstündür. Ey Allahım bizi mükafatlandır və.... Allah hidayət edəndir.
Sual: İmam Mehdi (ə f)-in xanımı və ya uşaqları vardır ya yox?
Cavab: Allahın adı ilə, İmam Mehdi (ə f)-ə məxsus olan şeyləri qeyd edənlərdən bəziləri qeyd edib ki, həqiqətən Onun (ə f) övladları var və yaşıl ada adlı adada yaşayırlar və Onun övladları çoxdur, lakin o mötəbər sənətlə sabit olmayıb daha doğrusu onu təkcə Allahın və ya İmam Mehdi (ə f)-in öyrətdiyi şəxsin bildiyini deməkdir. Və bildiyimiz qədər Onunla (ə f) görüşənlərin bu haqda bizə bir söz deməməsidir. Allah hidayət edəndir.
Sual: Bəziləri bu sözləri ilə işkal edirlər ki min yüz yetmiş il bundan əvvəl Mehdi (ə f)-in dünyaya gəlməsinə iman gətirmək şərtdir, və bu günə qədər yaşamasına davam etməsinə və min illər sonra zühur etməsinə, Allahu təalaya, peyğəmbərlərə və kitablarına iman gətirmək kimi zərurətlərdən bir zərurətdir? Və nə üçün Quran kərim ona açıq aşkar işarə etmir və insanları ona etiqad etmələrini tələb etmir? Və müsəlmanların başqa məzhəblərindən əlavə olaraq şiə firqələrindən zeydiyyə və ismaillilər kimi ona iman gətirməyənlərinin hökmü nədir? Onlara küfr hökmünü vermək olar və məscidlərdə namaz qılmalarına mane olaq?
Cavab: Allahın adı ilə, İslam usuliddinə tövhiddən, nübüvvət və qiyamətə iman gətirməkdir. Amma iman və şiəçilik isə on iki imama və həmçinin Allahın vəlisinin (ə f) dünyaya gəlməsinə iman gətirməsi ilə şərtlənib və Onun (ə f) viladəti mütəvatirlə sabit olubdur və o imam Müntəzər (ə f) adlı kitabın içərisində qeyd olunaraq çap edilib. Uzun ömürlülük sənə qəribə gəlməsin, İsa və Onun anasının indiyə qədər qalmasından təəccüblənmə, və nə üçün yer və dağların indiyə qədər qalmasından təəccüblənmirsən. Və Allahın əzəmətli Vəlisinin (ə f) qalmasından təəccüblənirsən, və nə üçün Əzrail (ə)-ın qalmasından təəccüblənmirsən. Yatmışdınsa ayıl. Allah hidayət edəndir.
Sual: Bəziləri şiələrin imamların təyin olunmasının zərurətinin lütf qaydasının hökmündən qaynaqlandığını iddia edərək güman edirlər və bundanda daha təəccüblüsü onların on ikinci imamları gizlənib, o hansı lütfdür ki, müsəlmanlara gəlib o gizlidir belə bir şübhə edirlər?
Cavab: Allahın adı ilə, Allahın vəlisinin (ə f) vəziyyəti Allah Rəsulunun (s) Məkkə müşriklərinin nəzarətində olduğu və Yasir və zövcəsinin zülmətini dayandırdığı zaman onun vəziyyəti idi və Allah ona düşmənlər üzərində kömək etməyə qadirdir, lakin Uca Allah ona buyurduqlarını yerinə yetirdi və Allahın ən böyük vəlisi (ə f)-də elədir. Sonra onun lütf olması onun bərəkəti ilə şiəçilik qalıb və yayıldığı yerə qədər yayılıb yayılır bu qədər kifayət edər, Gərək bu bilinsin ki, həqiqətən imamət və nübüvvət lütfdür lakin hər bir şəxsin onun lütf olmasını bilməsinə imkanı çatmır, necə ki, həkimin cərrahiyyə əməliyyatı etməsi lütfdür lakin onun özü bilir onu necə etmək lazımdır və xəstə ilə necə etməsini o bilir. Allah hidayət edəndir.
Sual: Bəziləri deyir ki, nə üçün Mehdi (ə f) zühur edəndə ərəbləri və Qüreyşi öldürdüyü halda, yəhudi və xristianlarla sülh və barışır?
Cavab: Allahın adı ilə, Allahın əzəmətli Vəlisi (ə f) islam dinindən münhərif olmuş şəxslərlə sülh bağlamaz. Bəli, babası Allah Rəsulunun etdiyi kimi şəriətin tədricən tətbiqi ola bilər, Xeybər qalasını Məkkədən öncə fəth etməsi və Məkkə əhli ilə sülh bağlaması bunlar ordu qaydalarına əsasən idarə etmə və cihad qaydalarının tətbiqidir. Məsumun (ə) əməlləri haqqında deyilməməlidir, çünki o, Allah-təalanın buyurduğunu yerinə yetirir. Allah hidayət edəndir.
Sual: Bəziləri bu sözləri ilə işkal edirlər ki, həqiqətən şiə alimlərindən çox hissəsi etiqad edirlər ki, Kuleyninin Kafi kitabında səhih, zəif və mövzuatlar vardır, və şiələr arasında qeyd olunan budurki həqiqətən bu kitab onların qeyibdəki Mehdisinə (ə f) təqdim olub və O (ə f) deyib bu şiələrimiz üçün kifayətdir Kafinin müqəddəsində, Hüseyn Əli: s 25, Xonsarinin Rovzatil- Cinan: 6/109, Sual budur: Nə üçün o kitabda olan movzuatlara etiraz etmədi?!
Cavab: Allahın adı ilə, Hədisin səhih, zəif və ya mövzuatdan olması ictihadi bəhsdir məbnalara və alimlərin diqqətliyinə görə sifətləri dəyişir və buna görə heç bir hədisi silmək mümkün deyil. Və amma İmam (ə f)-in Kafi kitabının hamısına baxması necə ki, nəql olunub alimlər yanında mübahisəli məsələdir və ustadlarımızın bəzilərinin yanında təvəqqüf olunan yerlərdəndir. Allah tofiq verən və hidayət edəndir.
Sual: Bəziləri belə bir şübhə edirlərki şərafətli hədislərdə bilirsiz ki, həqiqətən İmam Mehdi (ə f)-in vəzifələrindən biridə babasının (ə) qisasını alacaq. Necə qisas ala bilər ki, onlar artıq ölüblər?
Cavab: Allahın adı ilə, Bil ey övladım həqiqətən İmam Hüseyn (ə)-ı şəhid edənlərin ənsar və taebeçiləri hər bir zaman və məkanda zəlalətlərində qalırlar və İmam Hüseyn (ə)-ı şəhid edənlərlə məhşur olacaqlar zahir budur ki, məqsəd onlardır və uzaq deyil ki, Əhli beyt (ə)-a zülm edənlər yenidən həyata qayıdacaqlar və İmam Mehdi (ə f) onlara tebeçilərinin qarşısında onların qəlblərində olmaq üçün Allahın hüdudlarını tətbiq edəcək. Allah alimdir.
Sual: Bəziləri İmam Mehdi (ə f) zühur etdikdə Kərbəlaya babasının (ə) qəbrini ziyarət etməyə gələcək və Əbdullah ər-Rəzi (ə) qəbirdən çıxardacaq, ona yenidən həyat qayıdacaq yoxsa o Əhli beyt (ə)-ın məzlumiyyətini göstərmək mərasimi olacaq belə bir işkal edirlər?
Cavab: Allahın adı ilə, Hədislərdən məlum olan ikincisidir. Allah daha yaxşı biləndir.
Sual: İmam Mehdi (ə f) həqiqətən görən şəxslə yalandan gördüyünü iddia edən şəxsləri necə ayırd edə bilərik?
Cavab: Allahın adı ilə, Həqiqi təqva və İmam (ə f)-ə və dinin əsas prinsiplərinə mərifət bəsləməklə. Allah hidayət edəndir.
Sual: Samirra şəhərində müqəddəs ziyarətgahları partlatmaq zuhurun əlamətlərindəndir, və ya bu xüsusi bir haldır?
Cavab: Allahın adı ilə, Sən qeyd etdiyin zuhurun əlamətlərini qeyd edən hədislərin nəssində qeyd olunmayıb. Allah hidayət edəndir.
Əvvəl
1
2
3
Sonra