Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Səhmul-imamı (xümsün imama (ə.s) aid hissəsini) ödəmək niyyəti ilə onu, məsumlardan (ə.s) hər hansı birinin hərəminə qoymağım icazəlidirmi?
Cavab: Allahın adı ilə. Səhmul-imamı camiuş-şərait müctəhidə, şəri hakimə ödəmək vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Mənə məxsus olan xümsu cəm edirəm oda mənim hər ayda şəxsi (20%) yığdıqlarımdır. Hər ayın pulun miqdarı fərq edir çünki mən hər ayda müxtəlif şəkildə pul alıram. Mənim sualım budurki mənə onu ehtiyaclı fəqirlərə göndərmək vacibdir yoxsa sizə bir-başa göndərib siz xümsu ədalətli formada paylayasınız? Əgər sizə göndərsəm mənə vəsl almaq mümkün olar? Necəki mən Şirazi ailəsindən olan seyidəm. Bu həmçinin düzgündürki, mən yığdıqlarımdan (20%) hesablarımı və evim üçün və başqa şeylər üçün lazım olan qədər pul ayırıram, (20%)-dən məndə qalan puldan çıxartmalıyam?
Cavab: Allahın adı ilə, Səndə artıq qalan hər bir şeydən xüms çıxartmaq vacibdir, bu (20%) məbləğin yarısı on iki imamlı şiə fəqir seyidlərindir bu şərtləki, haram iş üçün xərcləməsin, və qalan yarısı isə İmam (ə f)-dir sənə onu bizə göndərmək vacibdir və bizə ünvanını göndər sənə xümsu çatdırmağın yolunu deyək və sənə inşaallah Mərcəi təqlidin peçatı ilə peçatlanmış vəsl yetişəcək. Tofiq verən Allahdır.
Sual: Seyidin malını, özü seyid olmayan, lakin övladları seyid olan bir anaya övladlarına xərcləmək məqsədilə vermək icazəlidirmi?
Cavab: Allahın adı ilə. Əgər övladlarına xərcləməkdə iltizamlı olacaqsa icazəlidir. Allah daha yaxşı biləndir.
Sual: Seyid malını fəqir seyidlərə bir başa vermək icazəlidir?
Cavab: Allahın adı ilə. Möhtərəm Şeyx seyid malını seyidlərə vermək üçün icazə vermişdir. Seyid on iki imam şiəsi və ehtiyaclı olmalı, onu günaha sərf etməməlidir. Allah daha yaxşı biləndir.
Sual: Xümsü yardım məqsədi ilə (ana və bacı kimi) ailə üzvlərinə vermək icazəlidir?
Cavab: Allahın adı ilə Anaya xüms vermək icazəli deyil. Çünki nəfəqəsi vacibdir. Amma bacıya İmam malından icazə alındıqdan sonra vermək olar. Seyid malını isə şərtlər mövcuddursa bir başa icazəsiz vermək olar. Allah daha yaxşı biləndir.
Sual: Xümsün İmama (ə.s) aid hissəsini və digər payları imam Hüseynin (ə.s) matəmi üçün istifadə etmək icazəlidirmi? Yoxsa bu mal yalnız yetimlərə aid edilməlidir? Belə olan halda, bu vəsaiti qeyd olunan məqsəd üçün istifadə etmək mümkündürmü, yoxsa yalnız müəyyən işlər üçün xərclənməlidir?
Cavab: Allahın adı ilə. Zikr etdiyiniz iş İmam malından istifadə etməyi tələb edirsə, bunun üçün bizdən icazə almağınız vacibdir. İcazə verilə bilməsi üçün isə xümsün miqdarı barədə bizi məlumatlandırmağınız gərəkir. Əgər qeyd etdiyiniz iş İmam və seyid malından istifadə etməyə ehtiyac duymursa, bu halda şəxsi vəsaitinizdən xərcləməyiniz lazımdır. Bunu da bilin ki, İmam malından istifadə edilərək görülən işlərin savabı və mükafatı sizin deyil, İmama (ə.s) aid olacaq. Ey şiələr, siz öz şəxsi malınızdan deyil, İmamın malından istifadə edərək əzadarlıq məclisi təşkil etdiniz. Allah daha yaxşı biləndir.
Sual: Xümsü istisna hallarda vacib olan nəfəqə üçün istifadə etmək icazəlidirmi?
Cavab: Allahın adı ilə. Oğlun sənin yanında olduğu müddətcə, onun nəfəqəsini təmin etmək sənə vacibdir. Əgər Qiyamət günü şəfaətə nail olmaq istəyirsənsə, Allahın və Peyğəmbər (s) ailəsinin haqqı olan mala toxunma. Allah hidayət edəndir.
Sual: Əgər atanın şəxsi malı yoxdursa, ailəsi üçün xərcləri xümsdən ödəməsinə icazə varmı?
Cavab: Allahın adı ilə. Oğlun sənin himayəndə olduğu müddətdə onun dolanışığını təmin etmək sənin borcundur. Əgər Qiyamət günü şəfaət istəyirsənsə, Allahın və Peyğəmbər ailəsinin (ə.s) haqqı olan mala əl uzatma. Allah hidayət edəndir.
Sual: Əqil ibn Əbu Talibin övladları da seyid hesab olunurmu, yoxsa seyidlik yalnız Fatimətuz-Zəhra (s.ə) ilə Əmirul-möminin imam Əlinin (ə.s) soyundan gələnlərə aid edilir?
Cavab: Allahın adı ilə. Seyidlik, məna və nəsil baxımından imam Əli (ə.s) və Fatimətuz-Zəhra (ə.s) vasitəsilə Peyğəmbərin (s) nəslinə çatmaq deməkdir. Haşimilər isə özünəməxsus hökmləri və hüquqları olan bir nəsildir. Haşimilik isə bu məqamların hamısını əhatə edir. Allah daha yaxşı biləndir.
Sual: İmam malından fəqir müxaliflərə vermək icazəlidir?
Cavab: Allahın adı ilə. Caiz deyil. Allah daha yaxşı biləndir.
Əvvəl
1
2
Sonra