Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Oğullarımdan birinin maddi durumu zəifdir. Mənim isə xüms malım var. Bu xümsdən oğluma dolanışığı üçün yardım etməyim caizdirmi?
Cavab: Allahın adı ilə. Nə qədər ki, oğlun sənin yanındadır onun nəfəqəsini ödəmək sənə vacibdir. Əgər Qiyamət günü şəfaət istəyirsənsə, Allahın və Peyğəmbər ailəsinin (ə.s) haqqı olan mala əl uzatma. Allah hidayət edəndir.
Sual: İmam malından hüseyniyyədə əzadarlıq iştirakçılarına yemək almaq üçün istifadə etmək icazəlidirmi?
Cavab: Allahın adı ilə. Zikr etdiyiniz iş imam malından istifadə etməyi tələb edirsə, bu halda bizdən icazə almağınız vacibdir. İcazə almaq üçün isə xümsün məbləği barədə bizə məlumat verməlisiniz. Əgər qeyd etdiyiniz iş imam və seyid malından istifadəni tələb etmirsə, bu zaman öz şəxsi vəsaitinizdən istifadə etməlisiniz. Unutmayın ki, İmam malından istifadə edilərək qazanılan savab və əcr sizin deyil, İmama (ə.s) məxsusdur. Ey şiələr, siz öz şəxsi malınızdan deyil, İmam malından istifadə edərək əzadarlıq məclisi təşkil etdiniz.Allah daha yaxşı biləndir.
Sual: Əgər müstəhəq seyid tapmaq olmursa, seyid malını imam malı ilə birgə seyid olmayanlara vermək olarmı?
Cavab: Allahın adı ilə. Seyid malını seyid olmayanlara vermək icazəli deyil. Əgər ətrafınızda seyid yoxdursa, o malı bizə göndərin, çünki burada çoxlu fəqir seyidlər var. Allah daha yaxşı biləndir.
Sual: Övladın nəfəqəsi atanın öhdəsinə düşür. Əgər evli qızının əri fəqirdirsə, atanın qızına xüms verməsi icazəlidirmi?
Cavab: Allahın adı ilə. Ərin öz həyat yoldaşına nəfəqə təmin etməsi vacibdir. Ərin bunu təmin etməyə imkanı çatmasa belə, bu məsuliyyət atanın üzərinə keçməz. Allah daha yaxşı biləndir.
Sual: Əgər mükəlləf müctehidin nümayəndəsinə etimad etmirsə, imam malını kimə təhvil verməlidir? Əgər nümayəndənin imam malına qarşı etibarlı olmadığını bilsə, bu halda həmin şəxsə imam malını təhvil vermək caizdirmi?
Cavab: Allahın adı ilə. Mərcei-təqlidlə əlaqə saxlayaraq şəri vəzifənizi soruşmaq sizə vacibdir. Bizim vəkillərimizə tapşırılıb ki, mərcei-təqlid müctəhidindən alınan hər bir şəri hüquq üçün möhürlü sənəd təqdim etsinlər. Əgər bu möhürlü sənədi əldə etmisinizsə, verdiyiniz xüms artıq öhdəliyinizdən götürülüb. Allah daha yaxşı biləndir.
Sual: Xüms verən şəxs müstəhəq olan şəxsləri tanımalıdır, yoxsa xümsü düzgün şəkildə çatdıracağına inandığı birinə həvalə etməsi kifayətdir?
Cavab: Allahın adı ilə. Əgər arada olan şəxsin düzgünlüyünə dair inam (xatircəmlik) mövcuddursa, ona etimad etmək caizdir. Bizim tərəfimizdən isə bu, icazəlidir. Allah daha yaxşı biləndir.
Sual: Atamız bizə dedi ki, siz seyid malının mömin fəqir seyidlərə verilməsinə icazə vermisiniz. Bu məlumat doğrudurmu? Əgər doğrudursa, bu icazə ümumi xarakter daşıyır, yoxsa xüsusi hallara aiddir?
Cavab: Allahın adı ilə. Müqəllidlərə, fəqir olan on iki imam şiəsi seyidlərə seyid malından istifadə etməyə icazə verilib. Allah müvəffəq edəndir.
Sual: Həşdi-şəbidəki mücahidlərə yemək şəklində "seyid malı"ndan vermək icazəlidirmi, yoxsa bu yalnız "İmam malı" ilə məhdudlaşdırılır?
Cavab: Allahın adı ilə. Mücahidlər arasında olan seyidlərə ehtiyaclarını qarşılamaq üçün seyid malı vermək icazəlidir. Lakin seyid olmayanlar yalnız öz malımızdan və ya şəri hakimin icazəsi ilə imam malından dəstək ala bilərlər. Allah daha yaxşı biləndir.
Əvvəl
1
2
Sonra