|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Xanım Fatimətuz-Zəhranın (ə.s) şəhadətinin birinci rəvayətinə əsasən əzadarlıq məclisi keçirib 20/9/2026 |
Ayətullah
əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Neynəva şəhərindəki
nümayəndəsi Sincar rayonunda xanım Fatimətuz-Zəhranın (ə.s) şəhadətinin birinci
rəvayətinə əsasən onun əziz xatirəsini yad etmək məqsədilə əzadarlıq məclisi təşkil
edib. Seyid
Mahmud Ərəci bildirib ki, xanım Fatimətuz-Zəhranın (ə.ə) şəhadətinin ildönümünü
yad etmək Əhli-beytə (ə.s) əhd və vəfanı yeniləmək, eləcə də “dünya
qadınlarının xanımı”nın həyatı boyunca nümayiş etdirdiyi böyük mövqeləri
xatırlamaq üçün mühüm bir fürsətdir. O
vurğulayıb ki, bu əzəmətli hadisənin möminlərin dini və ictimai şüurunda daim
canlı saxlanılması zəruridir. Çünki xanım Zəhranın (ə.s) yad edilməsi dinin və
İslamın pak və asan hökmlərinin dirçəldilməsinə xidmət edir. O
əlavə edib ki, Fatimiyyə əzadarlıq məclisləri möminləri Əhli-beytə (ə.s) məhəbbət
və vəfa ətrafında bir araya gətirən mərasimlərdəndir. Bu məclislər xanım Zəhranın
(ə.s) mübarək həyat yolunu və onun haqqın müdafiəsi, iman, səbir və möhkəmlik dəyərlərinin
möhkəmləndirilməsi yolunda göstərdiyi əbədi nümunə olan mövqeləri yenidən
xatırlamağa imkan yaradır.
Seyid Mahmud Ərəci bu kədərli ildönümü münasibətilə imam Zamana (ə.f), mərcəi-təqlidlərə və bütün İslam ümmətinin dərdinə şərik olduğunu bildirərək başsağlığı verib. |