Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Qurani-Kərimin tilavəti və hifzi üzrə İkinci Kərbəla Beynəlxalq Mükafatlandırma Müsabiqəsində iştirak etdi

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Qurani-Kərimin tilavəti və hifzi üzrə İkinci Kərbəla Beynəlxalq Mükafatlandırma Müsabiqəsində iştirak etdi

8/7/2023




Nəcəfi: Qurani-Kərimə bağlı qalmağın, onu qoruyub saxlamağın və onun şərəfli yerlərində dayanmağın öz yollarını əzəmətli Peyğəmbərin Əhli-Beytinin imamlarından (ə.s) götürmüş görkəmli alimlər vasitəsilə etməyin vacibliyini vurğuladı.

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) təmsilçisi və Nəcəful-Əşrəf şəhərindəki mərkəzi ofisinin müdürü hörmətli Şeyx Əli Nəcəfi Qurani-Kərimin qiraəti və hifzi üzrə İkinci Kərbəla Beynəlxalq Mükafatlandırma Müsabiqəsində iştirak etdi. Bu musabiqəni Qurani-Kərimə dəstək həftəsi çərçivəsində İmam Hüseynin (ə.s) hərəminə bağlı Qurani-Kərim Evi tərəfindən xüsusilə də imam Hüseynin (ə.s) hərəmindəki müqəddəs hərəmlər və ziyarətgahlar təşkil ediblər.

Hörmətli Şeyx Əli Nəcəfi çıxışında təsdiqlədi ki, Qurani-Kərim ümumbəşəri bir kitabdır. Onun özündə saysız-hesabsız elmlər var. On dörd əsr ərzində insan qeyd olunan elmlər və möcüzələr qarşısında aciz qalıb. Hər kəs öz dövrünə, bilik və mədəniyyət səviyyəsinə uyğun olaraq başa düşür, O, bütün insanlar üçün Yaradanın (c.c) müjdəsidir.

Hörmətli Şeyx buyurdu: “Qurani-Kərim bir kəlam və hidayət layihəsi, cəmiyyət üçün islah və ümməti təhriflərdən islah edən bir kitabdır və onun təsiri pak İmamların (ə.s) təsiri ilə bərabərdir. Bu təsir Nəcəful-Əşrəf şəhərindəki mərcəiyyətin getdiyi təsirin eynisidir”. Möminlərdən gözlədiyimiz budur ki, Qurani-Kərim və Əzəmətli Peyğəmbərin Əhli-Beytindən (ə.s) təsirlənsinlər və cəmiyyətin hidayət olunma yollarında təsir etsinlər".

Şeyx Nəcəfi təkidlə bildirdi ki: Qurani-Kərimə bağlı qalmağın, onu qoruyub saxlamağın və onun şərəfli yerlərində dayanmağın öz yollarını əzəmətli Peyğəmbərin Əhli-Beytinin imamlarından (ə.s) götürmüş görkəmli alimlər vasitəsilə etməyin vacibliyini vurğuladı.

Hörmətli şeyx: İraq və İslam cəmiyyətlərində Əhli-Beyt (ə.s) elminin yayılması üçün göstərdiyi bütün səylərə görə imam Hüseynin (ə.s) müqəddəs hərəminə öz minnətdarlığını bildirdi.