Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Diyaladan olan orta məktəb şagirdlərindən ibarət nümayəndə heyətinə: İraqın inkişaf etmiş ölkələr sırasında olmaq üçün onu inkişaf etdirməyə və qurmağa qadir olan əsl alim və ziyalı liderlərə ehtiyacı var 21/2/2024 |
Ayətullah əl üzma
Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) təkidlə qeyd etdi ki, İraq öz
zənginliyi və xalqı ilə seçilən bir ölkədir, dünya ölkələri və xalqları
arasında ön sıralardadır və siz İraqa mənsub olmaqdan şərəf duymalısınız. Bu
nitq Diyala şəhərində orta məktəb şagirdlərindən ibarət nümayəndə heyətini qəbul
edərkən olub. Hörmətli mərcəi təqlid
(kölgəsi davamlı olsun) əlavə etdi ki, İraq zəngin bir ölkədir və özünə məxsus
coğrafi mövqeyə malikdir. Lakin bu nemətlərdən İraqın qurulmasında və xalqın vəziyyətinin
yüksəldilməsində lazımınca istifadə edilməmişdir və siz gələcəyin gəncləri elm əldə
etmək üçün ikiqat səy göstərməlisiniz. İraqı inkişaf etmiş ölkələr sırasına
daxil etmək üçün onu inkişaf etdirməyə və qurmağa qadir olan həqiqi alimlər və
ziyalılar olan liderlərə ehtiyacı var. Hörmətli şeyx
çıxışında təkidlə, testlərdə və imtahanlarda ən yüksək qiymətləri almaq üçün,
öyrənmək, müzakirə və nəzərdən keçirmək üçün ikiqat səy göstərməyin zəruriliyini
vurğuladı. Hörmətli şeyx işarə etdi ki, İraq xalqı dünya xalqlarının ən zəkalı
insanlarıdır və İraqın ağıllarına İraq və İraq xalqı naminə sərmayə qoymalı
olduğunuz xəzinə kimi baxılmalıdır. Hörmətli şeyx əlavə
etdi ki, Allah taala İraqı Əhli-Beyt İmamlarının (ə.s) altı hərəmi, dünya dövlət
hakimiyyətinin mərkəzi və imam Sahibəz-Zamanın (canımız Onun ayağının tozuna fəda
olsun) idarəsi ilə şərəfləndirərək minnətləndirib.
Hörmətli mərcəi təqlid (kölgəsi davamlı olsun) təkidlə vurğuladı ki, gənclər analarına hörmət etməlidirlər. Çünki o, onları Əmirul-mömininə (ə.s) sədaqət və məhəbbətlə böyütmüş, bəsləmişdir ki, bu da böyük nemətdir. Hörmətli şeyx təkidlə cavanlara, Allahın razılığına nail olmaq, dünyada müvəffəqiyyət qazanmaq və axirətdə feyzə yetişmək üçün gənclərin namaz və ibadətə mültəzim olamalarını vurğuladı. |