|
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki nümayəndəsi Həzrət Əbu-Zəhranın, Muhəmmədin (s) həyatı və sirəsi ilə bağlı seminarda iştirak edib 20/9/2026 |
Ayətullah
əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki
nümayəndəsi Həzrət Əbuz-Zəhra Muhəmmədin (s) həyatı və sirəsindən bəhs edən
seminarda iştirak edib. Şeyx
Həmid Maliki seminar zamanı çıxış edərək bildirib ki, Allahın ən uca Peyğəmbərinin
(s) mövludu onun həyat yolunu və gözəl əxlaqını xatırlamaq, həmçinin onun bəşəriyyətə
təqdim etdiyi yüksək prinsip və dəyərləri özümüz üçün nümunə götürmək
baxımından mühüm bir fürsətdir. O
əlavə edib ki, böyük İslam Peyğəmbəri Muhəmmədin (s) həyatı və sirəsi haqqında
danışmaq bəşəriyyətin tanıdığı ən böyük əxlaqi və insani məktəb haqqında
danışmaq deməkdir. O həzrət mərhəmət, doğruluq, əmanətdarlıq və gözəl əxlaqın
bariz nümunəsi idi. Bizim vəzifəmiz isə bu dəyərləri gündəlik həyatımızda
yaşatmaqdır. Uca Allah Öz müqəddəs Kitabında buyurur: “Şübhəsiz ki, sən böyük
bir əxlaq üzərindəsən”. (Qələm 68/4)
O, həmçinin qeyd edib ki, əziz Peyğəmbərimizin (s) həyat və fəaliyyətinin öyrənilməsi yalnız müəyyən əlamətdar günlərlə məhdudlaşmamalıdır. Əksinə, bu, həyatımızda davamlı bir həyat tərzinə və məktəbə çevrilməlidir. Bunun yolu isə onun gözəl əxlaqını, davranışlarını və təlimlərini özümüz üçün nümunə götürmək və bu dəyərləri gələcək nəsillərə ötürməkdən keçir. |