Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi, böyük Fatimiyyə yürüşündə iştirak edənlərə təşəkkür etdi 29/11/2023 |
Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi
davamlı olsun) təmsilçisi və Nəcəful-Əşrəfdəki mərkəzi ofisinin müdürü Şeyx Əli
Nəcəfi, elmi hövzənin alimləri, müəllimləri və tələbələri, qəbilə şeyxləri,
hörmətli şəxsiyyətlər, Hüseyni təşkilatlar və heyətlər, həmçinin bu ilki böyük
Fatimiyyə yürüşündə və Fatimiyyə mərasimlərin dirçəldilməsində iştirak edən
bütün mömin və möminələrə təşəkkür və minnətdarlığını bildirdi.
O, həmçinin qeyd etdi ki, bu mövqeyiniz və iştirakınız,
haqq sözünü yüksəltmək və hər cür batili, onun bütün formalarını və ünvanlarını
rədd etmək məqsədini daşıyır. O, həmçinin vurğuladı ki, Xanım Fatimetuz-Zəhranın (s.ə)
məzlumiyyətinin dirçəldilməsi, əsl Muhəmmədi dinin həqiqətinin dirçəldilməsi və
Əhli-beytin (ə.s) məruz qaldığı zülmlərin miqyasının açıqlanması deməkdir. Ən
böyük zülm isə onların anası xanım Fatimətuz- Zəhranın (ə.s) məzlumiyyətidir.
Şeyx Əli Nəcəfi dua edərək, Allah-taaladan hər kəsin mərasimlərdə iştirakını, əzadarlığı və xidmətini qəbul etməsini, onları xanım Fatimətuz-Zəhranın (ə.s) sevənlərindən və xidmətçilərindən, Qiyamət günü onun şəfaətini qazananlardan etməsini diləyib. |