Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: İmam Hüseyn (ə)-ın ərbəin ziyarəti günlərində heyətlərdə bəzi müşküllərlə qarşılaşırıq, onlardan: Paltarlar əba kimi və ya ayaqqabılar (çəkələk), yəni səhvən zəvvarlardan biri başqasının malını götürür və öz malı heyətdə qalır. Sual: 1- Mükəlləfin vəzifəsi nədir, paltar və ya bunun kimi şeylərini dəyişən şəxislə, onunla səhvən qarışan şeyi götürmək caizdir, məsələn əgər Zeyd səhvən Bəkrin ayaqqabısını götürə, Bəkrə, Zeydin qaldığı ayaqqabısını götürmək caizdir? 2- Elə bilirdi onundu amma səhvən başqasını götürdükdə vəzifəsi nədir? 3- Əgər ona, səhvən götürmüş şəxsin ayaqqabısını öz ayaqqabısının əvəzində götürmək caiz deyilsə, heyət sahibləri olaraq bizim vəzifəmiz nədir? Bunuda qeyd edimki ərbəin ziyarəti Səfər ayının əvvəlindən başlayır ərbəin günü isə qurtarır, və hər bir şəxs öz ölkəsinə qayıdır onu bir il tanıtma mümkün deyil.
Cavab: Cavab: 1/ Allahın adı ilə, Caiz deyil. Allah alimdir. Cavab: 2/ Allahın adı ilə, Onun sahibini tapmağa aciz olsada onu axtarmaq vacibdir, Və hakimi şəriə müraciət etsin. Allah alimdir. Cavab: 3/ Allahın adı ilə, Sizə sahibini axtarmaq vacibdir, Əgər tapmaqdan aciz olsanız hakimi şəriə müraciət edin. Allah alimdir.
Sual: İlin başqa vaxtlarında İmam Hüseyn (ə)-ın məqtəlini oxumaqda məkruhluq vardır müqəddəs şəriət məkruh hesab edirmi, bəzilərinin dediyinə görə bəzi alimlər məkruh hesab edir yalnız aşura günündən başqa, Fərz edək ki, məkruhdur ona dəlil vardır?
Cavab: Allahın adı ilə, Yaxşı olar ki məqtəl yalnız məhərrəm ayının onuncu günü oxunsun, o bu günə və bu gündə baş verən hadisəyə diqqət və ehtimam göstərmək üçündür, ona çox qulaq asmaqla həmən hadisə möminlərin ruhunda yüngülləşməməsi üçündür. Allah alimdir.
Sual: Nağara və zurna kimi alətləri əza heyətlərində istifadə etməyin hökmü nədir?
Cavab: Allahın adı ilə, Əgər ondan çıxan səslər haram olan musiqiyə oxşamırsa eybi yoxdur. Allah alimdir.
Sual: Hal hazırda İmam Hüseyn (ə)-ın istiqamətində öhdəmizə düşən vəzifə nədir?
Cavab: Allahın adı ilə, Şəri hökümlərə əməl etməklə imkanımız çatdığı miqdarda Onun (ə) müsübətini ayaqda saxlamaq vacibdir, həqiqətən bu faciəni ayaqda saxlamaq dini ayaqda saxlamağa kömək edir və onu nəsillər boyu yanan köz kimi saxlamaq. Allah tofiq verən və alimdir.
Sual: Namaz qılarkən ətirlənmək və gözəl qoxu vurmaq müstəhəbdir? Əgər cavab bəlidirsə müstəhəblik imam Hüseyn (ə)-ın günləri aşura günlərinədə aiddir?
Cavab: Allahın adı ilə, Bil ey övladım ətir vurmaq ölkələrin çoxunda sevinc və zinətlərdən sayılır əgər namaz qılan şəxs sənin qeyd etdiyin sevinc və zinət hesab edilən şəhərlərdədirsə hətta namaz üçün olsa belə İmam Hüseyn (ə) və bütün Məsumların (ə) müsübətində ondan çəkinməsi vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Qadının məhərrəm və səfər aylarında saçının rəngini dəyişməsinin hökmü nədir?
Cavab: Allahın adı ilə, Əgər ondan məqsəd zinət üçündürsə caiz deyil. Amma əgər ondan məqsəd əlac üçündürsə onun eybi yoxdur. Allah alimdir.
Sual: Qeyri müsəlmanın İmam Hüseyn (ə)-ın məclisinə daxil olması caizdir?
Cavab: Allahın adı ilə, Əgər İmam Hüseyn (ə)-ı sevdiyi və ya bundan başqa bir şeyə görə sinə vurmaq istəyirsə bunun eybi yoxdur. Allah daha yaxşı biləndir.
Sual: Bizdə məhərrəm haram ayında qadınlar məclisində qadın mollaları əlli ildən çoxdur ki pulsuz xidmət (oxuyurlar) edirlər. Bu il qadın məclisləri həddən artıq çox izdihamlıdır, və təəssüflər olsun ki orada sağlamlıq qaydalarına və göstərişlərinə əməl olunmur xanım mollalar soruşur bunun çıxış, həll yolu nədir. Bu vəziyyət kimi olan yerlərdə məclisləri bu halda davam etdirilsin ya yox və məclislərdə oxumaq tərk olunsun. Və biz bunu istəmirik. Bu halda hökm nədən ibarətdir?
Cavab: Allahın adı ilə, İmkan qədər tibbi göstərişlərə əməl etmək vacibdir məsələn maska taxmaq və qulaq asanların bəziləri bəzilərindən mümkün qədər uzaq olsunlar, və heç bir üzürlə İmam Hüseyn (ə)-ın şəairi və məclisləri tətil olunmasın. Allah tofiq verən və alimdir.
Sual: İmam Hüseyn (ə)-ın məclisində (Ya Zəhra bu əməli bizdən qəbul et) demək caizdir?
Cavab: Allahın adı ilə, Əgər bu iş şərən tələb olunmuşdursa və lazımı formada həyata keçirsə və bu işi görən şəxs bu əməli hədiyyə etmək və ya bu əməl üçün Allahu təalanın ona verdiyi savabı Xanım Zəhra (ə) vermək istəsə bunun heç bir maneəsi yoxdur. Allah hidayət edəndir.
Sual: Əza məclislərini ləhv səsləri ilə oxumaq caizdir?
Cavab: Allahın adı ilə, O caiz deyil, hətta Quranı ləhv səsləri ilə oxumaq caiz deyil. Allah daha yaxşı biləndir.
Əvvəl
1
2
Sonra