Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Fironun qövmunun dini nə idiki Allahın peyğəmbəri Musa (ə)-ın dəyişdirməsindən qorxurdu?
Cavab: Allahın adı ilə, Qövmunun Fironu Allah qəbul etməsi idi və ola bilsin ki bu ayə ona işarə etsin (Və səni və tanrılarını tərk edər). Allah hidayət edəndir.
Sual: Allah buyurur (Sən onların dininə tabe olmayınca nə yəhudilər, nə də xaçpərəstlər səndən razı qalmayacaqlar), Yəhudiləri ayədə qabağa salmaq Allahın kəlamında (Nə xaçpərəstlər) xaçpərəstlərin razı olmaları yahudilərin razılığından daha asan olmasına işarə edir?
Cavab: Allahın adı ilə, Bil ey övladım ayədə qeyd olunan iki tərtib çox şeyə işarə edir onlardan: ləğv, bəyan və bəlağət, Bəli bəzi mübarək ayələrdə xaçpərəstlərin şərri yəhudilərdən daha yüngül olmasını bildirir. Allah hidayət edən və biləndir.
Sual: Yaxın son illərdə Bəsrədə Əhməd bin İsmail əl-Süveyləmi adlı bir şəxs çıxaraq problemli iddialar iddia edir, iddialardan bəziləri, O, İmam Mehdi (ə f)-ın nəslindən beşinci oğludur və O, Onun (ə f) elçisi və vəsisidir və O həqiqətən yəmanidir və Onun bayrağı bütün bayrağlardan hidayət edicidir və insanlara ona tabe olmaq vacibdir necəki iddia edir ki, həqiqətən o (Ali Muhəmmədin Qaimidir) və həqiqətən o (yer üzünü zülm və sitəmlə dolduğu halda ədalət və sülhlə dolduracaq) və onun çoxlu başqa iddialarıda var, Onun İraqın şəhərlərində və bəzi islam ölkələrində və Avropada tabeçiləri aşkar olunmasına baxmayaraq, az bir dəstədir. O bu iddialarına bir neçə dəlil gətirir, onlar: Şeyx Tusinin Ğeybət kitabından Vəsiyyət hədisin gətirir. İnsanlardan ona tabe və itaət etmək üçün Quranla istixarə etmələrini istəyir əgər istixarə yaxşı gəlsə onun bütün iddialarının düz olmasına dəlil olacaq. Və yuxu ilə dəlil gətirir və həqiqətən yuxunu vəhy və qeybi xəbər kimi qəbul edir, onu yuxuda kim görsə həmən şəxsə dəlil sübut olacaq. Huruf və ədəd elmləri ilə Duxxan surəsində onun açıq aşkar elçi və riyazi elmi hesablamalarla onu isbat edir. İmam Mehdi (ə f)-in dördüncü naibi Əli bin Muhəmməd əl-Summəriyə (Allah onu rəhmət etsin) yazdığı məktubu inkar edir, hədisin (məktubun) sənədi deyir zəifdir və səfirlik və naibliyin qət olmasına dəlalət etmir. Siz Cənabların bu məsələdə rəyiniz nədən ibarətdir: Birincisi: Vəsiyyət hədisin sənət və dəlaləti, təkcə bu hədis onun məsum və imaməti iddia etməsi üçün sübut kimi kifayət edər və həqiqətən onun İmam Mehdi (ə f)-ə olan qohumluğunu sübut edər və həqiqətən İmam Mehdi (ə f)-in zürriyyəsi var və İmam Mehdi (ə f) zühur etməmişdən öncə Onun zürriyyəsinə tabe olmaq vacibdir və zürriyyəsi sabit olan təqdirdə hədisdə İmam Mehdi (ə f)-in zühurdan öncə zürriyyəsinə tabe olmasının vacibliyinə dəlalət etməsində höcciyyəti vardır? İkincisi: Füruiddin (fiqhi məsələ) və üsuliddində (əqidə) istixarənin şəri və höcciyyəti nə dərəcədə düzdür? Üçüncüsü: Şəri və əqidəvi işləri yuxuda görməyin höcciyyəti nə dərəcədə düzdür, çünki o bəzi hədislərin məzmunu ilə yuxuların düz olmasına dəlil gətirir məsələn (Kim məni görsə, məni görmüşdür) həqiqətən yuxuda görmək peyğəmbərliyin bir cüzüdür? Dördüncüsü: Huruf və ədəd elmləri höccətdir və qəti və riyazi nəticələr verir xilaf çıxmaz, bu elmi və üstünlüklərini bilmək olar? Beşincisi: Simməri (Allah ruhunu şad etsin) üçün yazılmış şərafətli imzanın düzgünlüyünün höcciyyəti nə dərəcədədir, həmən şərafətli imzada qeyd olunub (Kim Süfyani və seyhənin (uca səs) çıxmasından öncə görməsini iddia etsə o yalançı və iftiraçıdır). Böyük qeyb zamanında İmam Mehdi (ə f)-dən xüsusi naiblik iddiasını (nəfy) qadağan etməsi üçün şərafətli imzaya etimad etmək olar?
Cavab: 1/ Allahın adı ilə: Bu hədis zəifdir, Fərz edək ki, hədis səhihdir onunla yalan danışan kəzzab və İmam (ə f)-ə iftira atan bu kişinin iddia etdiklərini sabit etməz, həmən şəxs sadəlövh şiələri hiylə ilə aldadır. Allah hidayət edən və biləndir. 2/ Allahın adı ilə: Mövzuaat məsələlərində istixarə fayda verməz və höccət deyil, həqiqətən əqaid və fiqhi hökmlərdə istixarəyə etimad etmək caiz deyil. Bu üsul elmində təhqiq olunub. Allah hidayət edəndir. 3/ Allahın adı ilə: Yuxu əqaid və üsuliddinin heç bir məsələsində höccət və dəlil deyil. Amma əzəmətli Peyğəmbər (s)-ə nisbət verilən hədis əgər sənədi səhih olsa (işkallıdır) həqiqətən yuxunun düzgünlüyü o şəxsə aiddirki Peyğəmbər (s)-i oyaq halda görüb və Onun şərafətli şəklini və pak xüsusiyyətlərini bilsinki, hətta Onu (s) yuxuda gördüyünü iddia edə bilsin. Allah hidayət edəndir. 4/ Allahın adı ilə: Hər hansı bir əqidəvi və ya fiqhi hökmü sabit etmək üçün etimad etmək caiz deyil çünki üsul elmində təhqiq olunub. Allah alimdir. 5/ Allahın adı ilə: Bu şərafətli imzanın səhihliyi sabit olub və səhabələr onun məzmunu ilə fətva verib, və buna görə hər bir şəxs ki, xüsusi naiblik iddia edirsə bu kəzzab kimi o, İmam (ə f)-ə iftira atır, Ondan uzaq olmaq vacibdir və sadəlövh insanların ona tabe olmaması üçün onu biabır (ifşa) etmək vacibdir. Allah hidayət edəndir.
Sual: Əvvəl ki, dinlərə və ya məzhəblərə (təriqətlərə) əməl etməyə icazəli olduğunu diyən var? Əvvəl ki, böyük mərcəi təqlidlər və ya hal hazırda yaşayan müctəhidlərimiz haqqında deyilən bu söz düzgündür?
Cavab: Allahın adı ilə, Bəşəriyyətdən heç birinə Muhəmməd bin Əbdullahın (Allahın salavat və salamı Ona və Ailəsinə olsun) O və Əhli beyti bu dinə özlərini qurban etdi, gətirdiyi dindən başqa dinə tabe olması caiz deyil. Çünki əvvəlki səmavi dinlər nəsx oldu və dəyişdirildi Və Allahın şəriətindən bir şey qalmadı. Allah hidayət edəndir.
Sual: Dində bidət, yolunu azmışlar və mömin olmayanlara böhtan (yalandan iftira) atmaqla insanları onlardan uzaqlaşdırmaq caizdir? Necə ki, bəziləri bunu iddia edir caizdir.
Cavab: Allahın adı ilə, Bəzi mötəbər nəsslərdən bu məna istifadə edilir və buda döyüş zamanında din və din əhlindən difa etməyə aiddir və Peyğəmbər (s)-dən rəvayət olub ki, döyüş hiyləlikdir. Allah hidayət edəndir.
Əvvəl
1
Sonra