Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Allah Təala buyurub: (Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır.) Qiyamət günü təmizə çıxartmaq necə olacaq?
Cavab: Allahın adı ilə, Günahları bağışlamaq və nəfsi onun əsərlərindən təmizləməkdir. İstifadə olunan mənbələrdə xəbər verilmişdir ki, Allah-Təala cənnət əhlinə oraya getməyi əmr etdikdən sonra onlara onlar üçün hazırlanmış yerlərdə qüsl etmək əmr olunur, beləliklə də özlərini yuyurlar ki, dünya ağırlıqları və onlara təsir edən sınaqlardan ya da bağışlanmış və bədənlərinə təsir edən səhvlər gedəcək. Allah hidayət edən və biləndir.
Sual: (Ölümdən xoşu gəlməyən mömin bəndəmin ruhunu qəbz etməkdə tərəddüd etdiyim kimi heç bir şeydə tərəddüd etmirəm) Allahın tərəddüd etməsinin mənası nədir? Mömin haqq ola ola necə ölümdən xoşu gəlməz?
Cavab: Allahın adı ilə, Tərəddüddən məqsəd möminin dünya həyatına olan rəğbətinə riayət etməkdir, Amma mömin ölümə ikrah etmir o həqiqətdə Allahı ilə görüşməkdən və əbədi cənnətdə saleh şəxslərlə olmaqdan ikrah etmir, yalnız mömin ölmü istəməməsi dünyada qalmaqla imkan edib daha çox ibadət etsin və dinə, və dinin böyüklərinə daha çox xidmət və köməklik etsin, bu formada dünyada qalmağın özü ibadətdir. Allah hidayət edən və biləndir.
Sual: Cənnətdə qəsrlər xeymələr və otaqlardan ayrıdır bu mənada ki, ayələr otaqlar və xeymələrdən danışır cənnətdə qəsrlər otaqlar və xeymələrdən ayrıdırmı, və ya otaqlar qəsrlərdir və yaxud başqa bir şeydir yəni əgər mömin cənnətdə nemətlərdən istəsə bir müddət tikilmiş otaqlarda və bir müddət qəsrlərdə və sonra bir müddətdə xeymələrdə və yaxud cənnətdə ki, qəsrlərdə xeymələr və otaqlar var və yaxud cənnətdə otaqlar ayrı, xeymələr ayrı və qəsrlər ayrıdır, bu şey barəsində şərafətli hədislərlə bilgi əldə etmək istəyirik?
Cavab: Allahın adı ilə, Xeymələr qəsrlərdir. Allah daha yaxşı biləndir.
Sual: (Bərzəx) əqidə və tövhidin bir cüzidir, səbəbsiz bir şey yoxdur, həkim olan Allah səbəbsiz və hədəfsiz bir iş görməz və bəşəriyyətin həyatı yer üzərində (sınaqdan) keçmək üçün yaradılıb. Həqiqətən o sınaq və təcrübə aləmidir. Həqiqətən axirət aləmi mükafatlandırma, əməlləri təhqiq etmə və baş vermiş şeylərə cavabdehlik etmə aləmidir ya mükafatla və yaxud cəza ilə. Burada Bərzəx aləmidə vardır. Bu aləm öldükdən sonra qiyamət günündən öncədir. Bu aləmdən (bərzəx) məqsəd nədir? Bütün insanlara aiddir, eyni məqsəddir, və yaxud möminlərlə qeyri möminlərdə fərq edir?
Cavab: Allahın adı ilə, Məqsəd fərq edir, insanı bərzəx aləmində saxlamaq şəxslərin dəyişməsi ilə dəyişir ola bilər bir möminin bəzi pis işləri olsun bərzəx aləmində cəzasına çatacaq və qiyamət günü bütün günahlardan pak, təmiz və dürüst məhşur olacaq və məhşərdə bütün aləmin qarşısında pis işləri ilə biabır olmayacaq və bəzi şəxslər var ki, heç bir rəhmətə layiq deyil həmən şəxs cəzasına bərzəxdən başlayır, və elələri də var ki, boş qalarlar və qiyamət günü məhşərə gələndə surprizlə qarşılaşarlar və deyərlər (Onlara belə deyiləcək: ) “Bu, Rəhmanın məxluqata buyurduğu vəddir (qiyamət günüdür). Peyğəmbərlər doğru deyirlərmiş!") bərzəx aləmi bu cürdür, və geniş məlumatlar ayə və hədislərdədir. Allah hidayət edən və biləndir.
Sual: Əgər iki şəxs cənnətdə ən yüksək (Peyğəmbər (s)-ın ailəsinin qonşuluğunda) mərtəbəyə yüksələlər amma o iki nəfərin əməlləri biri birindən fərqli ola, onların rütbə və mənfəəti eyni olacaq? Belə ki, cənnətdə bütün yüksək mərtəbələr başaqa mərtəbələrdə olan mənfəətlərə malik (şamil) olacaq?
Cavab: Allahın adı ilə, Ayələrdən məlum, zahir olan budur ki, həqiqətən Allahu təala hər bir şəxsi bir cəhətdən əməlinə görə və digər tərəfdən isə onun mərtəbəsinin yüksəlməyə səbəb olduğu işlərə görə dəyərləndirir (xeyir cəza verir). Allah hidayət edəndir.
Sual: Əgər Allahın rəhməti hər bir şeyi əhatə edirsə niyə görə müşriki əhatə edib onu əbədi əzabdan xilas etmir?
Cavab: Allahın adı ilə, Artıq Allah öz rəhməti ilə hidayət və irşad edib bizim hamımızı hətta bütün bəşəriyyəti öz rəhməti ilə dindən çıxmaqdan çəkindirib. Çünki kafir olaraq ölməsin, əks halda cəhənnəmə layiq olar, meyyitin kafir olaraq cəhənnəmə daxil olması Allahu Təalanın ona hidayət rəhmətinin şamil olmasından sonra həmən rəhmət və hidayətdən boyun qaçırtdığına görədir. Niyə görə dövlətlər qanundan çıxan şəxsə cəza verdikləri üçün mühakimə olmurlar?. Allah hidayət edən və biləndir.
Sual: Hədislərdə əl-Əraf gəlib, bu ərafda mömin cənnət və ya cəhənnəmə daxil olana qədər yeyib, içəcək və ya nə yeyib nədə içəcək, gözləyəcək, Əraf barəsində cavab istəyirəm, qiyamət gününü qəsd etmirəm çünki məhşur olan budur ki, qiyamət günü insanların mühakiməsi bitənə qədər bəziləri yeyib və ya içəcək. Əraf qiyamət gününün eynisidir və ya başqa bir şeydir iki gözləmə olacaq birdəfə ərafda və birdəfədə qiyamət günü? Və həmçinin qeyd olunub ki, əgər savab və günah bərabər olsa ərafda gözlədəcəklər, saxlayacaqlar, yəni əgər cənnətə getməyə müvəffəq olmasa ərafda yaşamaq mümkündür, yoxsa gərək cənnətə yada cəhənnəmə daxil olsun, çünki əraf yaşayış yeri deyil və yaxud əraf cənnət və cəhənnəm arasında keçid və ya körpüdür?
Cavab: Allahın adı ilə, Bil ey övladım, həqiqətən əraf qiyamətin bir hissəsidir insanları acından ölməyə və ya aclıqdan gözləməkdən aciz olmağa qoymayacaq. Ayə və hədislərdən məlum olan budur ki, qiyamət günü bitdikdən sonra heç bir şəxs cənnət və ya cəhənnəmdən kənarda qalmayacaq. Bəli bəzi hədislərdə cənnət və cəhənnəmdən kənarda qalmağa işarə edilib, lakin ayələr onu inkar edir. Allah hər şeyi biləndir.
Sual: Bəzi ziyarətlərdə və hədislərdə Hurul Eynin İmam Hüseyn (ə)-a sinə vurması gəlib, Hurul Eyn cənnətdə möminlərə şad və sevinc üçün olar və necə İmam Hüseyn (ə)-ın məqtəlinə( şəhadətinə) sinə vurar? Şəkk yoxdurki, Onun (ə)-ın məqtəli çox böyük olub, günahkarlar qiyamət günü cəzalanacaqlar, lakin cənnətdə kədərlənmək yoxdur, əgər cənnət neməti qismət olsa orada İmam Hüseyn və bütün Əhli beyt (ə)-a sinə vurmaq olacaq, və yaxud kədər və əza məclisləri bu dünyadadır, çünki bəziləri deyirlər İmam Hüseyn (ə)-a əza məclisi hətta cənnətdə qurulacaq?
Cavab: Allahın adı ilə, Cənnətdə sevincin olmasını bildirən ayələr və hədislərdə (Allah daha yaxşı biləndir) dünya fani olduğdan sonra qəsd olunub, ondan öncə yox, əgər bu hədislər səhih olsa şəkk yoxdur ki, onları təyid edəndə var, Xanım Zəhra (ə) və Rəsulullah (s) İmam Hüseyn (ə)-a ağlamaları hədislərdə yoxdur? Onlar cənnətdə deyillər? Hidayət edən Allahdır.
Sual: Bəzi ziyarətlərdə və hədislərdə Hurul Eynin İmam Hüseyn (ə)-a sinə vurması gəlib, Hurul Eyn cənnətdə möminlərə şad və sevinc üçün olar və necə İmam Hüseyn (ə)-ın məqtəlinə sinə vurar? Şəkk yoxdurki, İmam Hüseyn (ə)-ın şəhadəti çox böyük olub, günahkarlar qiyamət günü cəzalanacaqlar, lakin cənnətdə kədərlənmək yoxdur, əgər cənnət neməti qismət olsa orada İmam Hüseyn və bütün Əhli beyt əleyhissalama sinə vurmaq olacaq, və yaxud kədər və əza məclisləri bu dünyadadır, çünki bəziləri deyirlər İmam Hüseyn (ə)-a əza məclisi hətta cənnətdə qurulacaq?
Cavab: Allahın adı ilə, Cənnətdə sevincin olmasını bildirən ayələr və hədislərdə (Allah daha yaxşı biləndir) dünya fani olduğdan sonra qəsd olunub, ondan öncə yox, əgər bu hədislər səhih olsa şəkk yoxdur ki, onları təyid edəndə var, Xanım Zəhra (ə) və Rəsulullah (s) İmam Hüseyn (ə)-a ağlamaları hədislərdə yoxdur? Onlar cənnətdə deyillər? Allah hidayət edəndir.
Sual: Xahiş edirəm ulil əlbab (ağıl sahibləri) və müttəqi və əmr be məruf və s, məqamlar barədə izah verəsiniz?
Cavab: Allahın adı ilə, Bil ki, ey oğul rəvayətlərdən başa düşülən budur ki, cənnət nemətləri heç bir dünya nemətlərinə bənzəmir. Həmçinin rəvayətlərdən başa düşülən budur ki, cənnət ağılın dərk edə bilmədiyi və gözlə onun nemətləri görünmədiyi bir yerdir. Onun həqiqətini Allahın rəhməti ilə ora daxil olduqdan sonra bilərik. Allah hər şeyi biləndir.
Əvvəl
1
Sonra