Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Əmim oğlu İŞİD-ə qarşı cihad fətvası verildikdən sonra Amirli bölgəsində şəhid oldu. Lakin onun qəza namazları, orucu və üzərində bəzi haqlar var idi. Onun boynunda olan bu ibadət və haqları yerinə yetirmək bizə vacibdirmi?
Cavab: Allahın adı ilə. Mənim fikrimcə, dünyasını dəyişmiş şəxsin zəruri hallardan, məsələn, xəstəlikdən başqa səbəblərə görə qəza namaz və oruclarını yerinə yetirmək vacib deyil. Bu, əsasən böyük oğulun üzərinə düşən bir məsələdir. Ancaq kimsə bunu yerinə yetirmək istəsə, maneə yoxdur. Lakin mərhumun boynunda olan haqlar, onun mal-mülkü vərəsələr arasında bölüşdürülməmişdən əvvəl ödənilməlidir. Əgər qalan mal həmin haqları ödəməyə kifayət etməsə, hər hansı biri öz şəxsi malından bu borcları ödəmək istəyərsə, bu da icazəlidir. Allah daha yaxşı biləndir.
Sual: Qanın nəcis olduğunu bildiyimiz halda, şəhid niyə öz qanına bulaşmış libasında dəfn edilir?
Cavab: Allahın adı ilə. Bu, Allahın hökmüdür ki, şəhid öz qanı ilə dəfn edilsin. Bu, şəhidə göstərilən böyük ehtiramın bir nişanəsidir. Qiyamət günü şəhid öz qanı ilə Allahın hüzuruna çıxacaq və bütün insanlıq qarşısında Allahın ona bəxş etdiyi nemətləri nümayiş etdirəcək. Allah daha yaxşı biləndir.
Sual: İŞİD tərəfindən İraq ordusunda öldürülənlər Allah yolunda şəhid hesab olunurmu?
Cavab: Allahın adı ilə. Hər kim İraqın müdafiəsi uğrunda həyatını itiribsə şəhiddir. Allah daha yaxşı biləndir.
Sual: Biz hazırda Allahın qonaqlığı olan mübarək Ramazan ayındayıq. Bu ay daxil olduqda, cənnətin qapıları açılar. Cənnətdə "Mücahidlər Qapısı" adlanan xüsusi bir qapı var. Xahiş edirik, müqəddəs məkanların və İraqın müdafiəsi uğrunda şəhid olanlar və onların ailələri haqqında bir neçə söz söyləyəsiniz.
Cavab: Allahın adı ilə. Şəhidlik, ən yüksək məqam kimi İslamda böyük bir dəyərə sahibdir. Şəhid, ən qiymətli varlığı olan həyatını Allah yolunda fəda etmiş insandır. Daha əvvəlki bəyanatlarımızda da vurğuladığımız kimi, hər məqamın üstündə daha ali bir məqam vardır və Allah yolunda şəhid olmaqdan üstün məqam yoxdur. Biz burada o şəhidlərdən danışırıq ki, onlar döyüş meydanında son nəfəsini verərək öz qanına bulaşmış paltarları ilə dəfn olunublar. Allah şəhidlərə bir sıra mükafatlar bəxş edir: 1. Allahın razılığını qazanırlar. 2. Cənnət libası geyinirlər. 3. İlk qan damlası yerə düşən andan günahları bağışlanır. 4. Cənnətdəki məkanlarını görürlər. 5. Başlarının üzərində iki huri dayanar, üzlərinin tozunu silər və onlara salam verərlər. 6. Cənnətdə gözəl ətirlərlə ətirlənirlər. 7. Cənnətdə "Necə istəyirsən, elə istirahət et" deyilir. 8.Allahın üzünə nəzər edərlər, yəni Allahın mərhəmətini və sevgisini tam hiss edərlər, bu da hər peyğəmbər və şəhid üçün ən böyük rahatlıqdır. Sadalananlar şəhidin əldə etdiyi bəzi mükafatlardır, çünki o, üzərinə düşən vəzifəni ən yüksək səviyyədə yerinə yetirmişdir. Bizim borcumuz isə şəhidlərin ailələrinə sahib çıxmaq, onların övladlarına ata itkisini hiss etdirməməkdir. Allah hidayət edən və biləndir.
Sual: Allah yolunda şəhid olmuş şəxsin həyatı boyunca etdiyi pis əməllər bağışlanırmı? Həmçinin, boynunda olan insan haqları (borcları) ondan götürülürmü?
Cavab: Allahın adı ilə. Gələn dəlillərdən istifadə edərək belə demək olar ki, insanın Allaha qarşı etdiyi günahları, şəhidin ilk qanı yerə düşdüyü anda bağışlanır. Lakin insanlar arasında olan haqlar isə şəhidin vərəsələrinə vacibdir ki, şəhidin malı ilə bu haqları ödəsinlər. Allah daha yaxşı biləndir.
Sual: Sizə döyüş meydanlarında İŞİD-lə mübarizə aparan mücahidlər haqqında bəzi suallar vermək istərdik: Şəhidlərə xas olan qüslsuz və kəfənsiz dəfn olunma hökmü aşağıdakı şəxslərə də şamil olarmı? a) Vəzifəsi döyüşdə xəbərləri yaymaq olan jurnalistlər. b) Vəzifəsi yaralıları müalicə etmək olan həkimlər. c) Vəzifəsi aşbazlıq və ya mücahidlərə ərzaq daşımaq olan şəxslər. d) Mücahidlərin mənəvi ruhiyyəsini artırmaq üçün döyüş meydanlarında iştirak edən din tələbələri. f) Yerlərindən qaçqın düşmüş şəxslərə yardım aparan mərcəiyyət tərəfindən təyin olunan mötəməd şəxslər.
Cavab: Allahın adı ilə. Sual da zikr olunanlar hamısı şəhiddir. Döyüş meydanından çıxarılmadan son nəfəsini verən hər biri qüslsuz və kəfənsiz dəfn olunacaq. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra