Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Müsəlmanlar tərəfindən əsir götürülmüş kafir əsirlərin hökmü nədir? Peyğəmbər (s) onları öldürməyi əmr etmişdi? (ما كان لنبي أن يكون له أسرى حتى يثخن في الأرض تريدون عرض الدنيا والله يريد الآخرة والله عزيزٌ حكيم) "Heç bir peyğəmbərə yer üzündə (küfrün kökünü kəsmək üçün bacardığı qədər çox kafir) öldürməyənə qədər əsirləri özünə mal etmək (onları öldürməyib fidyə müqabilində azad etmək) yaramaz. (Ey möminlər!) Siz (fidyə almaqla) puç dünya malını istəyirsiniz, Allah isə (sizin) axirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (لولا كتاب من الله سبق لمسّكم فيما أخذتم عذابُ عظيم) "Əgər əvvəlcə (bu barədə) Allahdan bir hökm olsaydı (lövhi-məhfuzda qənimətlərin və əsirlərin halal olması haqqında yazılmasaydı), aldığınız (fidyə) müqabilində sizə şiddətli bir əzab üz verərdi (toxunardı)". Ənfal surəsinin 67 və 68-ci ayələrinin təfsiri nədir?
Cavab: Allahın adı ilə. Peyğəmbər (s) iştirak etdiyi müharibələrdə, məsələn, Bədr, Hüneyn və Xeybər kimi döyüşlərdə, bəzi əsirlərin öldürülməsinə, digərlərinin isə islamın və müharibənin xeyri naminə bağışlanmasına qərar vermişdir. Əgər kafir bizə hücum edər və ələ keçirilərsə, ya öldürüləcək, ya da əsir alınacaq. Lakin terroristlər yer üzündə fəsad yayanlar sayılırlar. Quran ayəsinə əsasən, yer üzündə fəsad yayanların cəzası, hətta özlərini müsəlman kimi göstərsələr belə, açıq şəkildə müəyyən edilmişdir. (إنما جزاءُ الذين يُحاربون الله ورسوله ويسعون في الأرض فساداً أن يُقتّلوا أو يُصلبّوا أو تقطّع أيديهم وأرجلهم من خلافٍ أو ينفوا من الأرض ذلك لهم خزيٌ في الدنيا ولهم في الآخرة عذابٌ عظيمٌ) "Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari (sağ əllərilə sol ayaqlarını) kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalıdırlar. Bu (cəza) onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir". Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra