Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: İstəyirəm Hindistan iqlimində hər il Rəcəb ayının 22-də qeyd olunan (Kondi niyaz ki) haqda, bu düzgündür yoxsa xeyir?
Cavab: Allahın adı ilə, Əgər onunla Allah təalaya insanlara yemək vermək və Əhli beyt (ə)-ın düşmənlərindən bəraət etməkdirsə o əməl gözəldir və ona görə savab əldə edər. Allah daha yaxşı biləndir.
Sual: Sevgililər gününü qeyd etməyin hökmü nədir?
Cavab: Allahın adı ilə. Şübhəsiz, açıq şəkildə qadın və kişinin münasibətləri İslamda ədəbsizlik sayılır və bu cür hərəkətlərə yol verən şəxslər Allahın rəhmətindən məhrum olur, tövbə edənə qədər lənətlənmiş sayılırlar. Allahdan diləyim odur ki, cavanlarımızı doğru yola yönəltsin. Allah daha yaxşı biləndir.
Sual: Milad bayramını (yeni ili) qeyd etmək icazəlidir?
Cavab: Allahın adı ilə. Əgər İslamın yalanladığı bir şeyi təsdiqləmir və ya İslamın təsdiq etdiyini inkar etmirsə, keçirməkdə bir problem yoxdur. Allah daha yaxşı biləndir.
Sual: Analar bayramının şəri cəhətdən hökmü nədir?
Cavab: Allahın adı ilə. Bu bayram şəriət baxımından sabit deyil və şəriətə əsaslanan bayram qaydaları burada tətbiq olunmaz. Bu bayram isə Qərbdən bizə gəlmişdir. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra