Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Bizdə xərçənglə mübarizə aparmaq üçün xeyriyyə fondu var, insanlardan artıq qalan dərmanları yığıb yenidən ehtiyaclılara paylamaq üçün ianə qutuları var, insanlar qutulara dərman və həmçinin pul qoyurlar, ordakı puldan bir hissəsini xeyriyyə fondunda çalışanlara aylıq maaş olaraq paylamaq mümkündür? Ola bilər ki, pulu ora qoyan xeyriyyəçinin məqsədi dərman pulu olaraq ora qoyub?
Cavab: Allahın adı ilə, Caiz deyil, yalnız pulu verən şəxsin icazəsi ilə olar. Allah alimdir.
Sual: Biz, bir neçə dükan sahibi gənclər olaraq, xeyriyyə məqsədli bir aksiya təşkil edirik. Bu aksiyada iştirak etmək üçün hər kəs 10 dinar məbləğində ianə edir. Toplanan vəsait, iştirakçıların iştirakı ilə keçirilən püşkatma yolu ilə seçilən bir şəxs üçün istifadə olunur. Seçilən şəxsə ya 10 il müddətində aylıq maaş, ya da ev alması üçün mütəmadi olaraq maliyyə dəstəyi göstərilir. Bu vəsaitdən xeyriyyə işi ilə bağlı nəşrlər və tanıtım xərcləri çıxıldıqdan sonra qalan məbləğ həmin şəxs üçün ayrılır. Bu təşəbbüslə bağlı fikirlərinizi bizimlə bölüşməyinizi rica edirik.
Cavab: Allahın adı ilə. Əgər iştirak edənlərin hamısının razılığı varsa zikr olunan hədlərə riayət olunmaqla heç bir maneəsi yoxdur. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra