Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Münkər (pis) haram olan işdir yoxsa ondan aşağı dərəcəyədə aiddir?
Cavab: Allahın adı ilə, Münkər(pis işlər), bütün işlər ki, onları tərk etmək əqlən və ya şərən lazımdır, Haram isə, xüsusilə şəriətdə tərk etmək vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Şəxsin 30 yaşı var və bu müddətdə şəri hökmləri öyrənməkdə səhlənkarlıq edib. Vacib əməlləri düzgün formada yerinə yetirmir. Sualım budur ki, ona xəbərdarlıq etmək vacibdirmi? Xəbərdarlıqdan əvvəl və sonra ibadətinin hökmü nədir?
Cavab: Allahın adı ilə, İbadətlərdə vacib bir hissənin düzgün yerinə yetirilməməsi əməli batil edər. Səbəb isə şəxsin təqsiri üzündən bilərəkdən baş verdiyinə görədir. Əgər sizlərdən biriniz ona nəsihət edərsə və bu nəsihətləri ona davamlı edərsə, o, şəxs də bu nəsihətləri eşidib ona uyğun əməl etməsi vacibdir. Allah hidayət edən və biləndir.
Sual: Qohumlarla əlaqəni kəsməyin icazəli və vacib olduğu yerləri xahiş edirəm qeyd edəsiniz.
Cavab: Allahın adı ilə. Peyğəmbərin (s) səhabələri müşrik qohumları ilə əlaqəni kəsmişdilər, lakin bu, Quran tərəfindən qadağan olunmuşdur. Burada yalnız zəruri hallar istisna edilmişdir. Allah hidayət edən və daha yaxşı biləndir.
Sual: Avtobusda oturarkən, bizdən yaşca böyük olan 30-50 yaşlı şəxslər ayaq üstə durarsa, əxlaqi baxımdan bizim vəzifəmiz nə olmalıdır?
Cavab: Allahın adı ilə. Güclü şəxs yerini zəifə verməkdə savab qazanar və bu, gözəl bir hərəkətdir. Əgər bunu etməzsə, savabdan məhrum olar, amma haram sayılmır. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra