Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Əgər bir şəxsin öhdəsində ramazan ayının orucunun qəzası varsa və onun sağlamlığı qəzanı yerinə yetirməyə əlverişli deyil, və bunuda qeyd edimki iftar etməsi bilərəkdən olub, ona həyatda olarkən ömrünün ilk vaxtlarında qəza olan oruclarını başqa bir şəxsi kirayə etməklə oruclarının qəzasını tutdurması caizdir?
Cavab: Allahın adı ilə, Caiz və düzgün deyil necə olursa olsun özü tutmalıdır. Əgər oruc tutmaqdan aciz olsa oruc onun öhdəsində qalır övlad və mal dövlətin fayda vermədiyi gündə əzab və hesab kitaba müstəhəqdir. Yalnız Allaha sağlam və təmiz qəlblə yaxınlaşanlardan (tövbə) başqa, bəli, ona öldükdən sonra orucunun qəzalarını tutmağa vəsiyyət etməli və buna görədə pul saxlamalıdır. Allah alimdir.
Sual: Bir şəxs əvvəl ya səhlənkarlıq üzündən oruc tutmayıb və ya orucun vacibliyini bilməyib. Qəza və kəffarə və fidyə ödəməsi vacibdir?
Cavab: Allahın adı ilə, Orucun qəzası və kəffarəsi vacibdir. Həmçinin yerinə yetirilməyinə imkan olarsa qəzanı gecikdirdiyinə görə fidyəni də verməsi vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Əgər şəxs ölərsə və boynunda qəza orucu olarsa, gecikdirdiyinə görə fiydə vermək böyük oğlun üzərindədir? Yoxsa ölən şəxsin üzərində qalacaq?
Cavab: Allahın adı ilə, Fidyə şəxsin mirasından ödəniləcəkdir. Amma orucun qəzası əgər şəxsin qüsuru və səbəb üzərindən baş veribsə böyük oğul yerinə yetirəcək. Amma şəxsin təqsiri üzündən oruc qəzaya gedibsə, böyük oğula o, qəzaları yerinə yetirmək vacib deyildir. Əgər oğul bunu yerinə yetirərsə atasına faydalı olar. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra