Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Düşmənlər bu sözləri ilə işkal edirlər nə üçün şiələrin çoxları cümə namazın qalmırlar bir haldakı açıq aşkar cümə sürəsində əmr gəlib: (Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!). Əgər desələr: Biz namazı İmam Mehdi (ə f) zühur edənə qədər tərk etmişik! Biz deyərik: Bu gözləmək (intizar) bu cür böyük işin tətil olmasına icazə verir? Yüz yüz minlərlə şiələr əgər çox deyillərsə islamın şəairindən bu əzəmətli şəairi yerinə yetirmədən dünyalarını dəyişirlər, Bu bəhanə üzrlə?
Cavab: Allahın adı ilə, Biz artıq özümüzün fiqhi bəhslərimizdə cümə namazının qılma şərtlərini təhqiq etmişik, Əgər həmən şərtlər həyata keçməsə vacib deyil amma mübarək ayə cümə namazı təşkil olduğu halda hazır olmağın vacibliyini bildirir, və ayə namaza çağıranın şərtlərini qeyd etmir əgər namaza çağıran Əhli beyt (ə)-ın düşmənlərindən və ya çağıran şəxsin şərtləri özündə cəm etməsə vacib olar, amma qeyd olunan cümə namazının şiələrin yanında imamın qeybətinə görə tətil olması səhvdir ayıl əgər yatıbsansa və diqqətli ol əgər qəflətdəsənsə. Allah hidayət edəndir.
Sual: Cümə namazının hökmü nədir? Və cümə namazını qılmayan şəxsin hökmü nədir?
Cavab: Allahın adı ilə, Mənim nəzərimdə yalnız aşağıda qeyd olunan hallarda vacib olacaq, İmam (ə f) özü və ya Onun (ə f) tərəfindən o işi görmək üçün bir şəxs təyin oluna və yaxud güc və qüvvət sahibi və hakimiyyəti olan bir Müctehid (Fəqih) və ya onun hakimiyyətində olan bir şəxs ona kömək etmək məqsədi ilə cümə namazı qılsa bu hallarda cümə namazı vacib olacaq. Bundan başqa hallarda əgər cümə namazını qılmaq istəsən qürbətən iləllah qıla bilərsən və zöhr namazını vacib niyyəti ilə qıl. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra