Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual:Dalğıc, dənizin içində vaxt məhdudiyyəti ilə namazı necə qılmalıdır?
Cavab:Allahın adı ilə. Oğlum, bil ki, namaz qılan şəxs Məscidülhəramda deyilsə, yer üzündə, havada, ayda, Marsda və ya dənizlərin dərinliklərində olsa belə Kəbəyə tərəf olmalıdır. Bil ki, hər bir gəmi və ya sualtı qayıq hədəfini müəyyən etmədən hərəkət etmir. Sualtı qayqda onun istiqamətini göstərən cihazlar var. Sən də istifadə etdiyin cihazlarla Kəbənin istiqamətini müəyyən edə, ya da sualtı qayığın rəhbərinə sual verərək Kəbənin istiqamətini öyrənə bilərsən. Əgər yerində namaz qılmağa kifayət qədər yer varsa, namazını tam şəkildə qıl. Əgər yer dar olsa, olduğun məkana uyğun namazını qıl. Allah müvəffəq edən və biləndir.
Sual: Siz Cənabların (Allah sizi qorusun) nəzərində yatarkən ayaqları Kəbəyə sarı uzatmaq caizdir?
Cavab: Allahın adı ilə, Əgər məqsəd Kəbəyə sarı yönəlməkdirsə eybi yoxdur, əksinə o müstəhəbdir bu şərtlə ki, həmən məntəqənin cəmiyyəti bu cür yatmağı Kəbə üçün təhqir bilməsin. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra