Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Dəfn gecəsində sədəqə verilsə vəhşət namazının müstəhəbliyi qalır yoxsa sədəqə vəhşət namazını əvəz etmir?
Cavab: Allahın adı ilə, Sədəqə dəfn gecəsində qılınan vəhşət namazını əvəz etmir. Allah daha yaxşı biləndir.
Sual: Mənim sualım ölülər haqdadır: 1- Ölülər bu dünyada ailələrinə baş verən hadisələri bilirlər? 2- Onlar qəbirlərdə olduqları halda onlara savab göndərənləri bilirlər? 3- Ailələrinin ziyarətinə gəlirlər?
Cavab: Allahın adı ilə, Bunlar bəzi hədislərdən başa düşülür. Allah daha yaxşı biləndir.
Sual: Necə müstəhəb namazın savabını rəhmətə getmiş şəxsə hədiyyə etmək mümkündür? və ya rəhmətə getmiş şəxsdən niyabət namazın? Hədiyyə ilə niyabət arasında fərq nədir?
Cavab: Allahın adı ilə, Hədiyyə, hədiyyə edən şəxsin müstəqil əməlidir həmən işə və işdən gələn savaba sahibdir və o, başqa bir şəxsə diri və ya rəhmətə gedən şəxsə onu hədiyyə və ya bəxşiş edir. Amma naiblik isə, bir şəxs özünü başqa bir şəxsin yerində qərar verir və hər hansı bir iş görür həmən iş, əməl naib olduğu şəxsdən hesab olur naibin özündən hesab olmur çünki naib özü vasitəçidir. Allah hidayət edəndir.
Sual: Mən tibb universitetin tələbəsiyəm bəzən mən öyrənmək üçün cəsədə ehtiyacım var, bir dəfə bilmədən cəsədin üzvlərinin birinə ləms, toxundum mənə məssi meyyit qüslü vacibdir, bunuda qeyd edim ki, həqiqətən mən bədənə yox üzvünə toxunmuşam, və biz bina evində qalırıq qüsl etmək mənə çətindir?
Cavab: Allahın adı ilə, Bil ey övladım meyyitin hər hansı bir üzvünə məss etmək, toxunmaq istər meyyitin başqa üzvlərinə bitişik olsun istərsədə həmən üzv ayrı olsun, məssi meyyit qüslünə səbəb olur bu qüslu etmədən namaz səhih olmaz. Bəli əgər əlcək taxsaydın və üzvə toxunmasaydın qüsl etmək vacib olmazdı, və qüsl vacib olduqda qüsllu qıldığın bütün namazları sənə qəza etmək vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Həkim ölmüş şəxsin daxili orqanlarına (ciyər, bağırsaq və s.) əlində əlcəklə toxunur. Daha sonra mənə əlində olan rütubətlə toxundu. Mənim məssi meyyit qüslü almağım vacibdir? Bunu da qeyd edim ki, mən bir başa meyyitə toxunmamışam.
Cavab: Allahın adı ilə, Meyyitin özünə toxunulmadığı müddət də, məssi meyyit qüslü almaq vacib deyildir. Həmçinin meyyitdən ayrılan rütubətədə toxunmaq məssi meyyit qüslünü vacib etməz. Allah hidayət edən və daha yaxşı biləndir.
Sual: Pakistan və Hindistan da möminlər Şaban ayının 14 və 15-i öz ölülərinin qəbrinin ziyarətinə gedib orada şam yandırırlar. Bu caizdir?
Cavab: Allahın adı ilə, Əgər bu ziyarətdən məqsəd qəbr sahiblərinə dua və Fatihə və Quran oxumaqdırsa caizdir. İstənilən müstəhəb əməl də budur. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra