Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Vəliyyi-fəqih hansı sifətlərə malik olmalıdır?
Cavab: Allahın adı ilə. Fətva vermək üçün bütün şərtləri özündə cəm edən camei şərait və vilayəti fəqih nəzərinə sahib olmalıdır.
Sual: Fəqihin vilayətinin mütləq olması bəhsində mütləq kəlməsinə sizin rəyiniz nədir?
Cavab: Allahın adı ilə. Mütləq kəlməsi o mənadadır ki, fəqih məsum imamın (ə.s) naibidir, Məsumlara xass olan bütün işlərdən başqa bütün idarəçilik işlərində səlahiyyət sahibidir.
Sual: Bu doğru mudur ki, Seyid Xoi (r) "Minhacus-salihin" kitabında fəqihin vilayətinin mütləq olduğunu qeyd etmişdir? Bəzi şəxslər belə iddia edirlər. Siz isə Seyidin tələbələrindən biri olaraq, bu sualı cavablandırmağa layiq və bacarıqlısınız.
Cavab: Allahın adı ilə. Seyid Xoi (r) fəqihin vilayətini mütləq bilmir. Əksinə, Fəqihin ayın sabit olması üçün hökm verməyə haqqı olmadığı görüşünə sahibdir.
Sual: Vəliyyi-fəqihin hökm vermə yerləri hansılardır?
Cavab: Allahın adı ilə. Hökm vermə yerləri məhduddur. Ən bariz nümunəsi ayın sabit olması hökmü, müsəlmanların ümumi işlərində olan vilayətidir. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra