Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Əgər ələmə təqlid etmək vacibdirsə ələmiyyətin ölçü vahidi fiqh və ya üsul və yaxud rical elmidir? Və ictihad icazəsi ictihadı sabit və ya inkar etməkdə ölçü vahidi, meyar ola bilər?
Cavab: Allahın adı ilə, Ələmiyyət fiqh elmində şərtdir, və dəfələrlə bəyan etmişik ki, həqiqətən bir şəxsin icazəsi və ya ictihada şahid olmaq nə ictihad nədəki ələmiyyətdə şərt deyil, lakin alimlər ictihada şahidliyi ələ gətirmək üçün çox çalışırlar ya özlərinə arxayın olmaq üçün və yaxud alimlərin onların ictihadına şahid olmaları ilə təbərrük edirlər. Allah hidayət edəndir.
Sual: Bir zaman təqlid etdiyim müctehidi dəyişmək caizdir?
Cavab: Allahın adı ilə, Əgər müctehidliyin bütün şərtləri olduğu halda sənin təqlid etdiyin müctehiddən başqası ələmdirsə sənə başqasına keçmək vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Müctəhidin işkal dediyi bir məsələ də başqa bir müctəhidə təqlid etməyim icazəlidir?
Cavab: Allahın adı ilə, Ələm və diri müctəhidə təqlid vacibdir. Başqasının fətvasına əməl etmək caiz deyildir. Allah hidayət edən və alimdir.
Sual: Fəqihin müctəhiddən ictihad şəhadətnaməsi olması vacibdir. İctihad şəhadətnaməsi olmayan şəxsə təqlid etmək caiz deyil. Bu söz düzgünmüdür?
Cavab: Allahın adı ilə, Bu sözü deyən şəxslərdən soruşmaq lazımdır ki, Şeyx Mufidin və Şeyx Səduqun və Şeyx Tusinin və Kuleynin kimdən ictihad şəhadətnaməsi vardır. Ey oğul, ictihadın mənası barədə və şərtləri və alimlərin elmi bəhsləri barədə düşün. Allah hidayət edəndir.
Sual:Əgər mükəlləf müctəhidlər barədə araşdırma apararaq onların arasında bir neçə ələmin olduğunu müəyyən etsə və məsələn, iki müctəhidin elmdə bərabər olduğunu görsə, lakin onların fətvalarında ixtilaf yaranarsa, belə bir halda hansı müctəhidin fətvasına üstünlük verərək ona təqlid edilməlidir?
Cavab: Allahın adı ilə. Oğlum, bil ki, sənin söylədiyin vəziyyət olduqca nadir hallarda baş verən bir haldır və ola bilsin ki, bu günümüzdə mövcud deyil. Lakin əgər belə bir vəziyyət olarsa, mükəlləf istədiyi müctəhidi seçib ona təqlid edə bilər.
Sual: Əhli xibrədən kimlər Şeyx Bəşirin ələmliyi barədə şəhadət vermişdir? mümkündürsə onların adını zikr edərdiz.
Cavab: Allahın adı ilə. Kim şəhadət verib və verir, onların yolu haqqında danışıldı. Şəriət baxımından onların adlarını qeyd etməyə ehtiyac yoxdur. Oğlum, bunu araşdırmaq sənin vəzifəndir, mənim deyil. Allah dah yaxşı biləndir.
Sual: Hal hazırda ələm kimdir?
Cavab: Allahın adı ilə. Ələm müctəhidə təqlidin vacib olması fətvası verən və mərcəiyyət məqamına yüksələn kəs özünü ələm bilir. Bu müctəhidin vəzifəsidir. Amma müqəllidə vacibdir ki, Cəfəri fiqhinin şəri göstərişlərinə tabe olaraq ələmi araşdırıb tapsın. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra