Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual:Əgər mehrin müddəti müəyyən edilməyibsə və ər-arvadın niyyəti onun qəti şəkildə dərhal ödənilməsi deyildirsə, lakin mehrin ödənilmə vaxtı haqqında düşünməyiblərsə, onun müddəti ləğv olunurmu, yoxsa ümumi qaydalara əsaslanaraq, məsələn, ən yaxın iki müddətdən birinə aid edilir?
Cavab:Allahın adı ilə. Hər halda nikah əqdi düzgündür və iki seçim arasında tərəddüdlü olmayan müəyyən bir müddət haqqında razılığa gəlmək mütləqdir. Allah daha yaxşı biləndir.
Sual:Əgər təxirə salınmış mehriyyə müəyyən bir əşya, məsələn, xüsusi bir otaq və ya mənzil olsa, mehriyyənin müqavilə ilə qadının mülkiyyətinə keçməsi, lakin onun təhvil alınması yalnız vaxt başa çatdıqda mümkün olması nəzərə alınsa, qadın bu əşyanı istifadəsiz halda satmaq hüququna malikdirmi?
Cavab:Allahın adı ilə. Əgər alıcı bu şərtlə razılaşarsa, satışa maneə yoxdur. Lakin mehrin vaxtı çatmadan satılan əşya alıcıya təhvil verilməməlidir. Allah daha yaxşı biləndir.
Sual: Bizə bu günki gündə necə Xanım Fatimə Zəhra (ə)-ın mehriyyəsini hesablamaq mümkündür? İndiki yaşayış hesablamalarımızda bu nə qədər olar?
Cavab: Allahın adı ilə, Bil ey övladım həqiqətən aləmlərin xanımlarının seyyidəsi Xanım Zəhra (ə)-ın mehriyyəsi mənbələrə istinadən xalis gümüş yüz dirhəmin beşdə biri idi ümumi çəkisi isə təqribən (1487,5) qıram gümüş edir, Və bugünkü gündə sövdələşmə gümüş və ya qızıl sikkə ilə olmadığına görə, ər ya qeyd olunan çəkidə gümüş məbləğini, ya da onun dəyərini nikah yerində məlum olan pul vahidi ilə ödəyəcək. Allah hidayət edən və biləndir.
Sual: Qardaşlardan biri, bir xanımla daimi kəbin kəsib mehriyyəni evlilik üzüyünü (üzük) təyin ediblər amma üzüyün hansı formada sifətlərini təyin etməyiblər, Xanımın haqqı (mehriyyəsi) normal hər hansı bir üzükdür yoxsa qeyri müəyyən olduğu üçün mehriyyə batil olur. Və duxul (yaxınlıq) olduqda mehri mislə haqqı çatır?
Cavab: Allahın adı ilə, Bu zaman ər və arvadın ailəsinin adət-ənənəsinə müraciət olunacaq, iki ailənin adəti bir olsa bilinəcək. Amma adətləri fərqli olsa xanımın ailəsinin adətinə müraciət edilib üzüyü müəyyən edəcəklər. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra