Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual:Əgər qadın müəyyən bir yerdə yaşamağı şərt qoymamışsa, xüsusi bir səbəb olmadığı müddətcə kişi onu istədiyi ölkə və ya məhəllədə yaşada bilərmi?
Cavab:Allahın adı ilə. Yaşayış yeri kişinin ixtiyarındadır və qadın onun yaşayış yeri seçiminə itaət etməlidir. Lakin kişi qadına, evlənməzdən əvvəl ata evindəki vəziyyətinə uyğun layiqli bir yaşayış yeri təmin etməlidir. Bəli, əgər kişi qadını uyğun bir yerdə yaşada bilmirsə və qadınla onun qəyyumu (ata və ya baba) bunu bilə-bilə razılıq verirlərsə, o zaman qadın, ata evindəki şəraitə uyğun olmasa belə, kişinin istədiyi yaşayış yerində onun himayəsi altında qalmağa razı olmalıdır. Allah daha yaxşı biləndir.
Sual:Əgər qadın öz razılığı ilə nəfəqə hüququndan imtina etsə, bu hüquq düşür. Lakin o, bu imtinadan geri dönərsə, hüququ bərpa olunur ya yox?
Cavab:Allahın adı ilə. Bəli, əgər qadın ərin nəfəqəsini istəsə, hüququ bərpa olunur. Allah daha yaxşı bilir.
Sual: Ər öz arvadına təlaq verdikdən sonra, arvadının və uşaqlarının qalması üçün ev verməsi və ya ev kirayələməsi vacibdirmi? Bir halda ki, qadın ərinin icazəsi olmadan uşaqları götürmüşdür.
Cavab: Allahın adı ilə, Bu verilmiş suala görə kişiyə vacib deyil. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra