Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Korona peyvəndini ondan və istehsalçıdan qane olduğumuz halda almaq, özünü qoruyub saxlamaq üçün zəruri olan şeylərdən biridir, yoxsa onu virusa yoluxma ehtimalı və onun zərər riski ilə tərk etmək icazəlidir?
Cavab: Allahın adı ilə, Mütəxəssis həkimlərin razılaşdığına əməl etmək vacibdir və bunda mülayim olmaq icazəli deyil. Allah hər şeyi bilən və hidayət edəndir.
Sual: Əgər səfər etmək qanunla qadağandırsa və bu qanuna əməl etməyib səfər edənin namazının hökmü nədir?
Cavab: Allahın adı ilə. Sualın fərzində onun səfəri günah səfərdir. Namazlarını qəsr qılsa səhih olmaz. Allah daha yaxşı biləndir.
Sual: Korona virusla bağlı həkimlərin göstərişlərinə əməl etmək vacibdirmi?
Cavab: Allahın adı ilə. Əgər həkim mütəxəssisdirsə onun təlimatlarına əməl etmək vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Alimlər qeyd edirlər ki, ehtiyat tədbirlərinə əsasən Korona virusdan dünyasını dəyişənlərin cəsədi yandırılmalıdır. Bu barədə sizin rəyiniz nədən ibarətdir?
Cavab: Allahın adı ilə. Müsəlman şəxsin cəsədinin yandırılması haramdır. Əgər virusun yayılmasından ehtiyat edilirsə, dünyasını dəyişən şəxsin qəbri bilinən formadan daha dərin qazılsın. Allah daha yaxşı biləndir.
Sual: Korona virusun yayıldığı bu günlərdə bu virusa yoluxduğunu bilən şəxsin qorunmadan insanların arasına qarışmasının şəri baxımdan hökmü nədir?
Cavab: Allahın adı ilə. Əgər tibbi tövsiyələrə əməl etmədən və qoruyucu tədbirlər görmədən insanların arasına qarışmaq xəstəliyin yayılmasına səbəb olursa, bu hərəkət haramdır. Bu, zəhərli suyu bilmədən birinə içirib onun ölümünə səbəb olmaqla müqayisə edilə bilər. Allah daha yaxşı biləndir.
Sual: Korona virus epidemiyasının yayıldığı bu günlərdə imam Museyi-Kazımın (ə.s) şəhadəti günü xidmət edən heyətlər bu virus səbəbindən xidmətlərini göstərə bilmirlər. Onların bu günlərdə vəzifələri nədir?
Cavab: Allahın adı ilə. Bu çətin dövrdə, xüsusilə şəhadət günlərində, İmamın (ə.s) kasıb şiələrinə xidmət göstərək. O fəqirlərə ki, evlərinə aparmağa bir tikə çörəkləri belə yoxdur. İmam Museyi-Kazıma (ə.s) təvəssül edək ki, insanların pis əməllərindən qaynaqlanan bəlaları aradan qaldırsın. Allah hidayət edən və doğru yol göstərəndir.
Sual: Bütün dünyanı ağuşuna alan Koronavirus pandemiyası zamanı həyata keçirilən tədbirlərdən biri də Əimmənin (ə.s) müqəddəs məzarlarının yerləşdiyi ziyarətgahların bağlanması oldu. Bu addım bəzi mömin gənclərin etirazına səbəb oldu. Onların etirazının əsas səbəbi Əhli-beytə (ə.s) olan dərin məhəbbətləridir. Belə ki, bu müqəddəs məkanların Allahdan şəfa diləyənlər üçün bir vasitə olduğunu, xəstələri ziyarətgaha gətirərək şəfa tapmağın mümkünlüyünü vurğulayırlar. Bəs bu məsələyə cavabınız nədir?
Cavab: Allahın adı ilə. Bilin ki, imamları (ə.s) ziyarət etmək təkcə onların məzarlarının yaxınlığında olmaqla deyil, uzaqdan və ya sakit bir məkanda da mümkün ola bilər. Hətta zərihin ətrafında toplaşmadan belə, bu ziyarət həyata keçirilə bilər. Bu addımlar Əhli-beyt (ə.s) şiələrinin həyatında, məzhəbin qorunub saxlanılmasında və qiyamət gününə qədər davam etdirilməsində heç bir maneə yaratmaz. Allah daha yaxşı biləndir.
Əvvəl
1
Sonra