Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Pakistan İslam Respublikası Parlamentinin sədri və onu müşayiət edən nümayəndə heyətini qəbul etdi
13/11/2023
Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Pakistan İslam Respublikası Parlamentinin sədri Raca Pərviz Əşrəfi və onu müşayiət edən nümayəndə heyətini qəbul etdi.
Hörmətli mərcəi təqlid (kölgəsi davamlı olsun) bu görüşdə dünyanın hər bir dininə mənsub olanların öz dairələrində ibadət azadlığına malik olmalarının vacibliyini vurğuladı. Eyni zamanda, İslam ölkələri arasında bütün səviyyələrdə əlaqələrin möhkəmləndirilməsinin, bu əlaqələrin müsəlman xalqların maraqları və arzularına xidmət etməsinin zəruriliyini qeyd etdi.
Bununla yanaşı, hörmətli Mərcəi Təqlidin təmsilçisi və Nəcəful-Əşrəfdəki mərkəzi ofisinin müdürü Şeyx Əli Nəcəfi Pakistan İslam Respublikası Parlamentinin sədrini qəbul etdi. Şeyx Əli Nəcəfi ofisin Hindistan yarımadasında ziyarətçilərin müqəddəs ziyarətgahlara çatmasına kömək etmək və onlara xidmət göstərmək üçün göstərdiyi səylər, eləcə də Nəcəful-Əşrəfdə minlərlə dini təhsil tələbəsini dəstəkləmə işləri barədə məlumat verdi.
Tərəflər arasında hər iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi yolları müzakirə olundu.