Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Şeyx Muhəmmədrza Müzəffərin qələmə aldığı "Əqaidul-İmamiyyə" əsəri barədə rəyiniz nədir?
Cavab: Allahın adı ilə. Şeyx Mühəmmədrza Müzəffər (r), bu kitabı hövzə tələbələrinin yetişməsi məqsədilə yazmışdır. Allah onun səylərini və zəhmətlərini qəbul etsin, Qiyamət günündə əməl dəftərinə yazsın. Allah daha yaxşı biləndir.
Sual: Möhtərəm Şeyxin nəzərində irfan dərslərində əyləşmək necədir?
Cavab: Allahın adı ilə. İrfan və fəlsəfə dərsləri vermək və onlarda iştirak etmək icazəlidir. Lakin bu elmləri savadlı və bacarıqlı bir ustaddan öyrənmək zəruridir. Belə ki, müəllimin özü doğru yoldan çıxmasın və başqalarını da yoldan azdırmasın. Allah daha yaxşı biləndir.
Sual: "Bəsairud-dərəcat" və Tureyhinin "Müntəxabat" kitabı barədə nə deyə bilərsiniz?
Cavab: Allahın adı ilə. Bu kitablar əzəmətli əsərlərdən hesab olunur. Başqa mötəbər kitablarda olduğu kimi, bu kitablarda qeyd olunanları da araşdırmadan, hamısına səhih və ya batil demək doğru olmaz. Bu kitabları da digər kitablar kimi, üsul elmi və dirayə ilə təhqiq edib, əməl etmək mümkündür. Allah daha yaxşı biləndir.
Əvvəl
1
2
3
Sonra