Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Maniya xəstəliyi olan şəxsin ibadət, müaməlat, şəxsi status müddəaları, həddlər və cinayətlərin hökmü nədir. Ona dəliliyə aid olan hökmlər şamil olacaq ya yox?
Cavab: Allahın adı ilə, Dəlilik və idrak itkisindən əziyyət çəkən şəxsə dediyimiz hökmlər burada şamildir. Allah daha yaxşı biləndir.
Sual: Delirium xəstəliyi olan şəxsin ibadət müaməlat və şəri həddləri vacib edən işlərdə hökmü necədir?
Cavab: Allahın adı ilə, Diqqət və idrak qüvvəsini qoruya bilirsə hətta normal insan səviyyəsində olmasada belə ona bütün hökmlər şamil olacaq. Amma onda dəlilik bəlli olarsa dəlinin hökmü şamil olacaq. Allah daha yaxşı biləndir.
Sual: Cinsi kimliyi olanların (transseksual) hökmü nədir? Cinsi dəyişmə əməliyyatın həyata keçirməyin hökmü nədir? Bu əməliyyatı elətdirən sürətdə ona aid olan hökmlər nədən ibarətdir, birinci cinsin hökmünə mültəzim olmalıdır yoxsa çevrildiyi cinsin hökmləri ona şamil olacaq?
Cavab: Allahın adı ilə, Bu cür əməliyyatlar caiz deyil. Kim bu cür əməliyyat elətdirsə ona əməliyyatdan öncəki cinsinin hökmləri şamil olacaq. Allah daha yaxşı biləndir.
Sual: Fobik (Təşviş, Həyəcan pozuntuları) xəstəliyi olan, bəzi ibadi məsələləri yerinə yetirəndə (həccə və camaat namazı) bu xəstəliyə yoluxduqda namazın vacibliyi bunun üzərindən götürülür?
Cavab: Allahın adı ilə, Nə qədərki dərk etməyə qadirdir və ya dərk edir işarə etdiyin və ya etmədiyin məsələlərdə normal (sağ-salamat) insanın hökmü ona şamil olur. Allah daha yaxşı biləndir.
Sual: Depressiya xəstəliyi olan, ibadat və müaməlata nisbətən hökmləri nədir gördüyü işlərdən məsuliyyət daşıyır?
Cavab: Allahın adı ilə, Şəkk yoxdurki hər bir normal insan kimi öz işlərindən məsuliyyət daşıyır. Allah alimdir.
Sual: Epilepsiya xəstəliyinin bəzi növlərinə yoluxan şəxsə dəlinin hökmü şamil olacaq yoxsa huşunu itirənin hökmü şamil olacaq?
Cavab: Allahın adı ilə, Epilepsiya zamanı düşünmə və dərk etməyi itirirsə huşunu itirənin hökmü şamil ediləcək. Amma yalnız əqli aradan gedirsə bu zaman dəlinin hökmü ona şamil olacaq. Allah daha yaxşı biləndir.
Sual: Şizofreniya xəstəliyi olan şəxsin ibadət, müaməlat, həddi onun üzərində icra etmək və cinayətkarlıq hökmünü ona şamil etməkdə, onun hökmü dəlinin hökmü kimidir?
Cavab: Allahın adı ilə, Əgər onun şizofreniyası dəlilik həddinə çatıbsa ona dəlinin hökmü şamil olacaq əks halda şamil olmayacaq. Allah daha yaxşı biləndir.
Sual: Mənə xəyanət mövzusunda yazı yazmaq tapşırılıb və bu mövzu ilə bağlı sizə bir neçə sual ünvanlamaq istəyirəm: 1. İslam şəriətində qadının ərinə xəyanəti necə tərif olunur? Bu ümumi bir anlayışdır, yoxsa xüsusi bir mənası var? 2. İslam şəriətində sosial şəbəkə və ya Viber kimi proqramlar vasitəsilə qadının və ya kişinin xəyanəti necə qiymətləndirilir? 3. Əgər qadın və ya kişi sosial şəbəkə və ya telefon vasitəsilə zina edərsə, bu halda zinanın cəzası və həddi tətbiq edilirmi?
Cavab:1. Allahın adı ilə. Xəyanətin iki mənası var: Lüğəvi mənası: Əmanətə xəyanət etmək, yəni qorunması tapşırılan bir şeyi qoruyub saxlaya bilməməkdir. Bu anlayış, dindən çıxmaq, Allahın itaətindən uzaqlaşmaq və qadının ərinin izni olmadan evdən çıxması kimi hallara aiddir. Ürfi mənası: Qadının ərindən başqa bir şəxslə danışaraq, baxaraq və ya başqa şəkildə olsa belə, cinsi zövq almasıdır. Allah daha yaxşı biləndir. 2. Allahın adı ilə. Cavab yuxarıda verildi. Allah daha yaxşı biləndir. 3. Allahın adı ilə. Zinanın dəqiq mənası, kişinin cinsiyyət orqanını qadının ön və ya arxa tərəfinə daxil etməsidir. Şəriətə görə, naməhrəmə baxmaq və ya toxunmaq bəzən zina termini ilə ifadə olunur. Bu, həmin əməllərin ağır günah olduğunu vurğulamaq üçündür, lakin bu hallarda zinaya görə müəyyən edilmiş cəza (hədd) tətbiq edilmir. Allah daha yaxşı biləndir.
Əvvəl
1
2
3
Sonra