Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Əgər fidyə verərkən ölçüdən artıq verərsə bu kifayət edərmi? Məsələn mud təam 750 qram hesab olunur. Şəxs isə hər gün 1 kilo miqdarında verir.
Cavab: Allahın adı ilə, Kifayət edər. Fidyə miqdarından artığı fidyədən hesab olunmaz. Allah daha yaxşı biləndir.
Sual: Ramazan ayının orucu üçün fidyə verən şəxs bunu duz və şəkər ilə verə bilərmi?
Cavab: Allahın adı ilə, Şəkər ilə verməyində şəkk yoxdur. Duzla isə işğallıdır. Allah daha yaxşı biləndir.
Sual: Əgər mükəlləf fitrə zəkatının müəyyən olunmuş miqdarından artıq məbləğ ödəyərsə, bu halda fitrə zəkatı onun öhdəsindən götürülmüş hesab olunurmu?
Cavab: Allahın adı ilə. Bəli, fitrə zəkatı onun boynundan düşür. Vacib olan miqdardan artıq verdiyi məbləğ isə fitrə zəkatı hesab olunmur. Allah daha yaxşı biləndir.
Sual: Fitrə zəkatını duz və şəkər ilə vermək icazəlidirmi?
Cavab: Allahın adı ilə. Şəkərlə verməkdə heç bir şəkk yoxdur. Duzla vermək isə işkallıdır. Allah daha yaxşı biləndir.
Sual: Fitrə zəkatını nəğd şəkildə ödəmək caizdirmi? Bu halda nəğd pulun fitrə zəkatı kimi verilməsi vacib olan ərzaq məhsullarının əvəzi kimi ödənilməsini niyyət etmək vacibdirmi? Mükəlləflərin əksəriyyəti müraciət edərkən fitrə zəkatının miqdarını öyrənir və onlara, məsələn, 3000 lirə deyildikdə, həmin məbləği çıxarıb fitrə zəkatı olaraq verirlər. Onlar bu 3000 lirənin hansı ərzaq məhsulunun əvəzi olduğunu ayrıca niyyət etmirlər. Bu halda onların niyyəti necə olmalıdır?
Cavab: Allahın adı ilə. Əgər çıxardığı fitrənin hansı ərzaq məhsulunun əvəzi olduğunu nəzərə alarsa, onu nəğd şəkildə ödəməsi kifayətdir. Allah daha yaxşı biləndir.
Sual: Bəzi fəqihlər "Sa" miqdarının 3 kq 480 q olduğunu zikr ediblər. Sizin nəzərinizdə bir sa miqdar olaraq nə qədərdir?
Cavab: Allahın adı ilə. Bir sa 3 kq-dır. Allah daha yaxşı biləndir.
Sual: Fitrə zəkatı olaraq arpa, buğda, düyü, kişmiş və xurmadan hansını vermək daha yaxşıdır?
Cavab: Allahın adı ilə. Xurma ilə vermək daha yaxşıdır. Allah daha yaxşı biləndir.
Sual: Ramazan ayının günlərində fitrə zəkatını çıxartmaq icazəlidir?
Cavab: Allahın adı ilə, Bayram hilalı görsənmədən fitrə zəkatı hesab olunmaz. Lakin fəqir şəxsə çıxarılan məbləğin borc niyyəti ilə verilməsi və bayram hilalı görsəndikdən sonra həmin məbləği fitrə zəkatı hesab etmək icazəlidir. Allah daha yaxşı biləndir.
Sual: Fitrə zəkatı nə zaman çıxarılmalı və nə zaman çatdırılmalıdır?
Cavab: Allahın adı ilə, Bayram gecəsindən bayram gününün zəvalına qədər çıxarılması vacibdir. Əgər bilərəkdən gecikdirsə günah etmişdir. Allah daha yaxşı biləndir.
Sual: Əgər fəqir özünün və ailəsinin dolanışığı üçün borc edibsə, bu halda şəri cəhətdən o, şəxs imkanlı hesab olunacaq? Fitrə zəkatını çıxartmaq ona vacibdirmi?
Cavab: Allahın adı ilə, Əgər dinin göstərişinə əməli olaraq yerinə yetirməyə qüdrəti varsa fəqir hesab olunmur. Fitrə zəkatı ona da vacibdir. Allah daha yaxşı biləndir.
Əvvəl
1
2
3
Sonra