Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Oruc tutanda arvadımı qucaqlamaq, bağrına basmaq və bədəninə toxunmaq olarmı?
Cavab: Allahın adı ilə, Əgər ər arvad oruc halında caiz olmayan şeylərdən birinin baş verməməsinə əmindirlərsə eybi yoxdur. Allah alimdir.
Sual: Restoranlarda Ramazan ayında oruc tutmayanlara istər iftar etmək üçün üzürlü səbəb olsun istərsədə olmasın yemək təqdim etmək caizdir?
Cavab: Allahın adı ilə, Bəli restoran sahibi iftar edənə satır və qiymətini alır, Bəli əgər restoranda işləmək iftar etmək üçün köməkdirsə, iftar etmək üçün köməkçi olmaq adı altında caiz deyil. Allah daha yaxşı biləndir.
Sual: Gözə sürmə və üzə kremlər vurmaq orucu batil edir?
Cavab: Allahın adı ilə, Caizdir lakin gözə bir şey sürtməkdə ehtiyatlı olsun çünki ehtimal varki oruc əsnasında boğaza daxil olsun. Allah alimdir.
Sual: Namaz əsnasında oruc tutan şəxs üçün ətir vurmaq oruca zərər edir?
Cavab: Allahın adı ilə, Ətir vurmaq oruca təsir etmir. Allah alimdir.
Sual: Oruc əsnasında saçlarımı rəngləyə bilərəm?
Cavab: Allahın adı ilə, Bəli sənə o mümkündür. Allah alimdir.
Sual: Həqiqətən danışan zaman mənim dodaqlarım quruyur dilimi çıxardaraq dodaqlarımı istadıram oruca təsir edir?
Cavab: Allahın adı ilə, Əgər dodaqlarında olan həmən yaşlığı sovurmursansa təsir etmir və əgər onu bilərəkdən sovurursansa orucu batil edir. Allah daha yaxşı biləndir.
Sual: Peyğəmbər Əkrəmdən (s) Ramazan ayının fəziləti haqda hədisdə gəlmişdir (O ayda yatmağınız ibadətdir) iki çıxış (fəcr sadiq ilə gün çıxan) arasında yatmaq məkruh qalır, yoxsa Ramazan ayında bu məkruhluq aradan gedir?
Cavab: Allahın adı ilə, Məkruhluq qalır hədisdə gəlmiş yatmaq ibadətdir bundan məqsəd xüsusi mənada olan (hər iki tərəf bərabərdir) mübah yatmaqdır. Allah daha yaxşı biləndir.
Sual: Əgər mömin qardaşım onun evində iftar etmək üçün məni dəvət etsə, vaxt daxil olarkən, mənə öz evimdə hətta bir qurtum su ilə iftar edərək sonra onun dəvətinə görə iftarımı onun evində tamamlamağım caizdir?
Cavab: Allahın adı ilə, Əgər bilsənki o səni onun evində iftar etməyini və onun yeməyi ilə iftar etməyinə görə dəvət edirsə dəvəti qəbul etmək yalnız möminin yanında yeməklə həyata keçir və səndən müstəhəblik aradan gedir onun yeməyi ilə iftar etməsən hətta şəri müşkülə düşərsən və sənin onun yeməyi ilə iftar etdiyini ona təxəyyül etməyin caiz deyil. Allah alimdir.
Sual: Həqiqətən Ramazan ayının gecələrində müstəhəb olan işlərdən biri iftar etməyi işa namazından təxirə salaraq hər iki vacibi namaz və orucu cəm etmək hədislərdə gəlib, mənim sualım: Oruc tutan şəxsə iftar vaxtı daxil olduqdan sonraya qədər oruc halında qalması caizdir?
Cavab: Allahın adı ilə, Oruc gecənin daxil olması ilə bitir (oruc tutanın bölgəsində şərq qızartılarının yox olması) təxir etmək yalnız iftar etməkdədir orucun vaxtını uzatmaq deyil. Allah daha yaxşı biləndir.
Sual: Əgər xanım Ramazan ayında gündüz heyz və nifasdan pak olsa ona orucu batil edənlərdən istifadə etmək caizdir yoxsa ona təəddübən imsak etmək lazımdır?
Cavab: Allahın adı ilə, Ona orucu batil edənlərdən istifadə etmək caizdir. Allah daha yaxşı biləndir.
Əvvəl
1
2
Sonra