Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: İşçinin korona virusa görə qadağalar müddətində aylıq maaşını alması caizdir baxmayaraq ki, o bu müddətdə heç bir iş görməyib?
Cavab: Allahın adı ilə, Əgər idarə ilə işçinin arasındakı ittifaq sürücü ilə olan ittifaq kimidirsə, tələbəni məktəbə aparsın əgər məktəbə aparsa pula (maaşa) hüququ çatacaq bu halda əgər iş görmək əlverişli olsa və iş görsə gördüyü iş miqdarında ücrətə malik olacaq, Amma idarə ilə işçi arasındakı ittifaq işçinin işləyib işləməməsindən aslı olmayaraq idarə tərəfindən hər hansı bir qadağaya görə işləməsə işçi ücrətə malik olur, ümumi hökümət işləri kimi bu halda işçi kamil aylıq maaşına sahib olacaq. Allah daha yaxşı biləndir.
Sual: Müəllim qardaşlardan biri soruşur: Müəllimin xüsusi dərs keçməsinin hökmü nədir, əgər şagirdlərə xüsusi dərs keçmək istəsə, bunuda qeyd edimki təhsil nazirliyi bunu qanun və intizamla uyğun olmadığı üçün qadağan edir?
Cavab: Allahın adı ilə, Müəllimin şəxsi məktəblərdə xüsusi dərs və öyrətməyə, əgər qanun və dinlə müxalifətçilik etmirsə qadağan etmirik. Lakin müəllimin rəsmi iş vaxtında təqsir etməsini haram etmişik. Allah alimdir.
Sual: Müəllimin, zəng çaldıqdan sonra tələbələrin istirahət dəqiqələrində dərsi uzatma haqqı varmı? Bu halda tələbələrdən icazə alması gərəkirmi?
Cavab: Allahın adı ilə. Tələbələrin xeyrinədirsə, tələbədən icazə almağa ehtiyac yoxdur. Lakin, gələcəkdə hər hansı bir problem yaranmaması üçün daha məqsədəuyğun olar ki, məktəbin müdirindən icazə alınsın. Allah daha yaxşı biləndir.
Sual: Bəzi müəllimlər öz həmkarları ilə danışmaq və ya telefona cavab vermək üçün dərs vaxtı sinif otağını bir neçə dəqiqəliyinə tərk edirlər. Bunun şəri baxımdan problemi varmı?
Cavab: Allahın adı ilə. Əgər şəriətin tələb etdiyi, məsələn, bir şəxsi xilas etmək, məzlumu zalımın zülmündən qorumaq və s. kimi hallar yoxdursa, bu cür hərəkətlər caiz deyildir. Allah daha yaxşı biləndir.
Sual: Mən müəlliməm və iki dərs arasındakı boş vaxtda namaz qılıb, Quran oxumaqla məşğul ola bilərəmmi?
Cavab: Allahın adı ilə. Əgər məktəbdəki öhdəliklərini yerinə yetirə bilir və namazla Quran oxumaq bu öhdəlikləri yerinə yetirməyə mane olmursa, bu, caizdir. Allah daha yaxşı biləndir.
Sual: Şagirdi vurmağın hökmü nədir? Bu mövzuda müəllimlərə nəsihətiniz nədir?
Cavab: Allahın adı ilə. Müəllim ata kimidir, lakin dini tərbiyə baxımından ixlaslı müəllim ata ilə müqayisədə daha üstün bir şərafətə sahibdir. Buna baxmayaraq, müəllim unutmamalıdır ki, şagirdlər ona əmanətdir. Onlarla elə davranmalıdır ki, sanki öz övladlarıdır. Allah hidayət edən və biləndir.
Sual:Bu dövrün fəsadları nəzərə alınaraq, oğlan və qızların birgə şəkildə dərs oxumaları dini baxımdan caizdirmi?
Cavab: Allahın adı ilə. İslam dini, tədris və təhsili, dini göstərişlərə əməl olunaraq və qadınların hicaba riayət etməsi şərtilə, qadağan etmir. Allah daha yaxşı biləndir.
Sual: İş yerində namaz qılmaq, vəzifəli şəxsin iş vaxtına riayət etməməsi səbəbindən maaş almasına mane ola bilərmi? Çünki bəzən namaz qılmaq, iş müqaviləsinin şərtlərinin pozulmasına səbəb olur. Əgər namaz qılmaq işin gedişatına heç bir zərər vermirsə, bu halda hökm nədir?
Cavab: Allahın adı ilə. Namazı gecikdirmək qəzaya getməsinə səbəb olursa namazı qəzaya verməsi caiz deyildir. İş icraçısından və müdiriyyətdən icazə almasına ehtiyac yoxdur. Allah daha yaxşı biləndir.
Sual: Müəllimə, məktəb müdürü və rəhbərliyin sözünə itaət etmək vacibdir?
Cavab: Allahın adı ilə. Dərs və tədrislə bağlı görtərişlərə itaət etmək vacibdir. Allah hidayət edəndir.
Sual: Kamil hicabla evdən çıxıb, məktəbin həyətində əynindəki əbanı çıxaran şəxs, öz ailəsinin itaətindən çıxmış hesab olunurmu?
Cavab: Allahın adı ilə. Allahın itaətindən, dinin vacib buyurduqlarından, iffətdən və ailəyə itaətdən uzaqlaşmış sayılır. Allah hidayət edən və alimdir.
Əvvəl
1
2
3
Sonra